Milli Məclisin təqaüdçü deputatları – ADLAR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, əmək pensiyası yaşı 65-dir. Belə ki, kişilər üçün bu yaş həddi 2021-ci ildən, qadınlar üçün isə cari ilin iyul ayından müəyyən edilib. Buna görə də 65 yaşını tamamlayan əksər vətəndaşlar iş yerlərindən ayrılır və təqaüdə çıxırlar.

Doğrudur, seçkili orqan olan Milli Məclisdə təmsil olunan deputatlar üçün hər hansı yaş senzi yoxdur. Lakin millət vəkilləri arasında yaşı 65-i ötmüş şəxslərin sayı kifayət qədərdir.

Bizim.Media mövzu ilə bağlı araşdırma aparıb və həm deputat, həm də təqaüdçü olan millət vəkillərinin siyahısını hazırlayıb.

1. Ziyad Səmədzadə - Milli Məclisin III, IV, V, VI və VII çağırış üzvü seçilən 86 yaşlı deputat 25 iyun 1940-cı ildə dünyaya gəlib.

2. Polad Bülbüloğlu - Polad Bülbüloğlu Milli Məclisin I və VII çağırış deputatıdır. O, 4 fevral 1945-ci ildə doğulub və hazırda 81 yaşı var.

3. Eldar İbrahimov - 81 yaşlı deputat 12 mart 1945-ci ildə Naxçıvan Muxtar Respublikasının anadan olub. O, Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI və VII çağırış üzvüdür.

4. Mixail Zabelin - 19 mart 1946-cı ildə doğulmuş 80 yaşlı deputat Milli Məclisin I, II, III, IV, V, VI və VII çağırış üzvüdür.

5. Əhliman Əmiraslanov- 17 noyabr 1947-ci ildə anadan olan millət vəkili 78 yaşındadır. O, IV, V, VI, VII çağırış deputatıdır.

6. Elman Məmmədov - II, III, IV, V, VI və VII çağırış parlamentin deputatı seçilən 76 yaşlı millət vəkili 1950-ci ildə anadan olub.

7. Tahir Rzayev - 24 fevral 1950-ci ildə anadan olan 76 yaşlı millət vəkili parlamentin II, III, IV, V, VI və VII çağırışlarında deputat seçilib.

8. Rasim Musabəyov - Milli Məclisin IV, V, VI və VII çağırışlarında yer alan 75 yaşlı deputat 1 yanvar 1951-ci ildə anadan olub.

9. Fəzail İbrahimli - 1951-ci ildə apreli 12-də anadan olub. 75 yaşlı millət vəkili  II, III, IV, V, VI, VII çağırış deputatıdır.

10. Eldar Quliyev - 75 yaşlı millət vəkili 26 iyul 1951-ci ildə dünyaya göz açıb. O, Milli Məclisin II, III, IV, V, VI və VII çağırışlarında deputat olaraq seçilib.

11. Səyyad Aran - 15 yanvar 1952-ci ildə doğulan deputatın 74 yaşı var. O, Milli Məclisinin I, II və VII çağırış deputatıdır.

12. Əli Məsimli - 3 yanvar 1953-cü ildə doğulan 73 yaşlı deputat Milli Məclisin III, IV, V, VI və VII çağırışlarında millət vəkili seçilib.

13. Əli Əhmədov - 73 yaşlı millət vəkili 27 yanvar 1953-cü ildə anadan olub. O, Milli Məclisin II, III və VII çağırış deputatıdır.

14. Anatoliy Rafailov- 5 fevral 1953-cü ildə doğulan 73 yaşlı millət vəkili parlamentin VI və VII çağırış deputatıdır.

15. Aqil Abbas - 73 yaşlı deputat 1 aprel 1953-cü ildə anadan olub. O, Milli Məclisinin III, IV, V,VI və VII çağırış üzvüdür.

16. Cavanşir Paşazadə - 12 aprel 1953-cü ildə anadan olan Cavanşir Paşazadə hazırda 73 yaşındadır. O, III, IV, V, VI və VII çağırışlarında deputat mandatı qazanıb.

17. Asim Mollazadə- 6 iyun 1953-cü ildə anadan olan 73 yaşlı millət vəkili II, III, IV, V, VI və VII çağırışlarında deputat mandatı qazanıb.

18. Mübariz Qurbanlı- 7 yanvar 1954-cü ildə anadan olan 72 yaşlı millət vəkili Milli Məclisin I, II, III, IV və VII çağırış üzvüdür.

19. Rafael Hüseynov - Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini olan millət vəkili 12 avqust 1954-cü ildə anadan olub, 72 yaşındadır.  O, II çağırışdan bəri deputat seçilib.

20. Sabir Hacıyev - 5 oktyabr 1954-cü ildə anadan olan Sabir Hacıyev Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatıdır. Onun 71 yaşı var.

21. Hicran Hüseynova - 13 avqust 1955-ci ildə doğulan Hicran Hüseynova 71 yaşındadır. O, parlamentin VI və VII çağırış deputatıdır.

22. Səttar Möhbalıyev - 28 oktyabr 1955-ci ildə dünyaya gələn və hazırda 70 yaşı tamam olan deputat II, III, IV, V, VI və VII çağırış üzvüdür.

23. Anar İsgəndərov - 1956-cı ildə anadan olan 70 yaşlı millət vəkili parlamentin VI və VII çağırış deputatıdır.

24. Aydın Mirzəzadə - II, III, IV, V, VI və VII çağırış deputatı olan 69 yaşlı millət vəkili 2 iyul 1957-ci ildə doğulub.

25. Ağalar Vəliyev - 23 iyul 1957-ci ildə dünyaya göz açan və hazırda 69 yaşı olan deputat parlamentin IV, V, VI və VII çağırışlarında seçilib.

26. Musa Qasımlı - 28 oktyabr 1957-ci ildə anadan olan 68 yaşlı deputat Milli Məclisin IV, V, VI və VII çağırışlarında millət vəkili statusunu qazanıb.

27. Məlahət İbrahimqızı -  Milli Məclisin  I, III, IV, V, VI və VII çağırışlarında təmsil olunan millət vəkili 25 aprel 1958-ci ildə anadan olub və hazırda 68 yaşındadır.

28. İmamverdi İsmayılov - I, II, III, IV, V, VI və VII çağırışlarda Milli Məclisin üzvü seçilən deputat 10 iyun 1958-ci ildə doğulub. Onun 68 yaşı var.

29. Tamam Cəfərova - Milli Məclisin VI və VII çağırış deputatı olan Tamam Cəfərova 5 aprel 1959-cu ildə dünyaya gəlib. Hazırda 67 yaşındadır.

30. Heydər Əsədov - 1959-cu ildə oktyabrın 24-də anadan olan deputat 66 yaşındadır. O, VII  çağırışda deputat seçilib.

31. Afət Həsənova - 3 sentyabr 1960-cı ildə anadan dünyaya göz açan millət vəkili 66 yaşındadır. O, parlamentin VI və VII çağırış deputatıdır.

32. Əziz Ələkbərli - Milli Məclisin üzvü VI və VII çağırış deputatıdır. O, 5 oktyabr 1960-cı ildə doğulub 65 yaşındadır.  

33. Tənzilə Rüstəmxanlı - Milli Məclisin VII çağırışında təmsil olunan 65 yaşlı deputat 28 noyabr 1960-cı ildə dünyaya göz açıb.

34. Nəsib Məhəməliyev - 11 fevral 1961-ci ildə dünyaya göz açan 65 yaşlı millət vəkili parlamentin V, VI və VII çağırış deputatıdır

35. Bəxtiyar Əliyev - Milli Məclisin olan Bəxtiyar Əliyev 20 mart 1961-ci ildə dünyaya gəlib. Onun 65 yaşı var.

36. Gülşən Paşayeva - 1 avqust 1961-ci ildə dünyaya gələn 65 yaşlı millət vəkili Milli Məclisin VII çağırış heyətində yer alır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO