Məktəblərdə geyim ayrı-seçkiliyinin SONU – Vahid formadan başlayan TƏRBİYƏ FƏLSƏFƏSİ

Məktəbli forması haqqında müzakirələr illər boyu geyimin rəngi, biçimi, rahatlığı və qiyməti ətrafında aparılırdı. Halbuki məktəbli geyimi təhsil mühitinin necə qurulması, məktəbin dünyəvi və neytral məkan kimi qorunması, eləcə də uşaqların tərbiyəsi ilə birbaşa bağlı məsələdir.

Azərbaycan təhsil sistemində bu istiqamətdə yeni mərhələnin əsasını bu ilin iyulunda qəbul edilən dəyişikliklər təşkil edir. Belə ki, “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi qanunvericilik səviyyəsində təsbit edildi. Eyni zamanda valideynlərin də övladlarının geyim forması ilə bağlı tələblərə əməl etməsini təmin etməsi onların vəzifələrindən biri kimi müəyyənləşdirildi. Qanuna əlavə edilən prinsiplər sırasında isə “millilik və dünyəvilik” xüsusi yer tutur.

Sentyabrın 21-də Nazirlər Kabinetinin qəbul etdiyi 309 nömrəli qərar isə bu yanaşmanı daha da konkretləşdirdi. Qərara əsasən müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinə yol verilmir. Eyni zamanda milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onun elementlərindən istifadə mümkündür.

Məktəbin unudulmamalı missiyası

Məktəb tarixən yalnız bilik verən məkan olmayıb. Azərbaycan cəmiyyətində məktəb müəllimlə şagird arasında təkcə akademik münasibətlərin qurulduğu yer deyil, həm də uşağın davranış, məsuliyyət və kollektiv həyat qaydalarını öyrəndiyi mühüm sosial institut kimi qəbul edilib.

 

Vaxtilə məktəbdən məzun olan gəncdən yalnız fənləri mənimsəməsi deyil, müəyyən davranış və tərbiyə normalarına yiyələnməsi də gözlənilirdi. Məktəb uşağı ailədən sonrakı daha geniş ictimai mühitə hazırlayırdı.

 

Bu gün də məktəbin həmin funksiyasının əhəmiyyəti azalmayıb. Əksinə, sosial şəbəkələrin, müxtəlif informasiya kanallarının və fərqli davranış modellərinin uşaqların gündəlik həyatına əvvəlkindən daha çox daxil olduğu bir dövrdə məktəbin tərbiyəvi rolu daha da aktuallaşıb.

Məktəb uşağın bilik əldə etməklə yanaşı, kollektivdə davranmağı, qarşı tərəfə hörmət etməyi, qaydaya əməl etməyi, məsuliyyət daşımağı, fərqli insanlarla ünsiyyət qurmağı da öyrənir. Bu baxımdan geyim də həmin tərbiyə prosesinin ən əhəmiyyətli elementlərindən biridir.

Vahid forma sosial fərqləri görünməz edir

Məktəb mühitinin ən mühüm prinsiplərindən biri bərabərlikdir. Eyni sinifdə təhsil alan şagirdlərdən birinin ailənin yüksək gəlirli, digərinin isə daha məhdud imkanlı olması uşaqların təhsil imkanlarına təsir etməməlidir. Lakin sərbəst geyim mühiti ailələrin maddi imkanlarını uşaqların üzərində görünən hala gətirir.

Bahalı marka, yeni telefon, fərqli aksesuar və geyimlər uşaqlar arasında sosial yarış yaradır. Bu yarış isə məktəbin əsas məqsədi olan təhsili ikinci plana keçirir. Belə olan halda şagirdlər biri-biri ilə təhsildə deyil, diqqət çəkmək üçün yarışırlar. Nəticədə gələcək arxa plana keçir, uşaqlar bu gün üçün yarışmağa başlayırlar. Bu isə hələ yeni-yeni şəxsiyyət kimi formalaşan uşaqların, yeniyetmələrin gələcəyinə, hətta bu günlərinə belə sağalmaz zərbələr vurur.   

Vahid forma isə belə fərqlərin görünüş üzərindən qabardılmasının qarşısını alır. Uşaq məktəbə daxil olduğu andan onun sosial statusunu göstərən geyim deyil, “şagird” kimliyi ön plana çıxır.

Məktəb moda yarışının məkanı deyil

Məktəbin əsas funksiyası şagirdin özünü nümayiş etdirməsi deyil, özünü inkişaf etdirməsidir.Sosial şəbəkələr bu gün uşaqların geyim, saç düzümü, davranış və həyat tərzi seçimlərinə ciddi təsir göstərir. Yeniyetmələr gördükləri müəyyən obrazları təqlid edir, həmin obrazları özləri üçün nümunə seçirlər. Burada məsələ konkret bir saç düzümünün və ya geyim formasının özündə deyil. Əsas problem məktəb mühitinin sosial şəbəkələrdəki trend və subkultural davranışların sərbəst nümayiş meydanına çevrilməsidir.

Şagirdin məktəbə daxil olduğu andan müəyyən edilmiş geyim qaydalarına uyğunlaşması isə ona bir mesaj verir: bura podium deyil, məktəbdə ümumi təhsil mühitinin qaydaları hökm sürür.

Dünyəvi məktəb – neytral təhsil mühiti

Qanunvericiliyə edilən dəyişikliklərin mühüm tərəflərindən biri də “millilik və dünyəvilik” prinsipinin “Ümumi təhsil haqqında” Qanunda ayrıca təsbit edilməsidir. Qanunda dünyəvilik milli və ümumbəşəri dəyərlərin qorunması əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi prinsipi kimi müəyyənləşdirilib.

Bu yanaşma məktəbin dini və ya digər ideoloji təsirlərin üstünlük təşkil etdiyi məkana çevrilməməsini nəzərdə tutur. Məktəb bütün şagirdlər üçün eyni hüquqi və təhsil şərtlərinin mövcud olduğu neytral məkan olmalıdır.

Burada xüsusi vurğulanmalı məqam odur ki, söhbət hər hansı dini inancın və ya fərdi dünyagörüşünün qiymətləndirilməsindən getmir. Məsələ məktəbin statusundadır. Dövlət ümumi təhsil müəssisəsi bütün uşaqlar üçün vahid və dünyəvi təhsil mühiti yaratmalıdır.

Nazirlər Kabinetinin yeni qərarında da müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə yol verilməməsi ayrıca göstərilib. Bununla yanaşı, milli-mənəvi dəyərlərlə bağlı tədbirlər zamanı milli geyim və ya onun elementlərinin istifadəsinə imkan verilir. Bu, bir tərəfdən vahidlik prinsipini qoruyur, digər tərəfdən milli kimliyin ifadəsi üçün imkan saxlayır.

Geyim qaydası təkcə şagirdin məsuliyyəti deyil

Yeni hüquqi çərçivənin diqqətçəkən tərəflərindən biri məsuliyyətin yalnız şagirdin üzərinə qoyulmamasıdır.

2026-cı il dəyişikliklərinə əsasən dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər geyimlə bağlı tələblərə riayət etməlidirlər. Valideynlər və digər qanuni nümayəndələr isə övladlarının geyim forması ilə bağlı tələblərə əməl etməsini təmin etməlidirlər.

Nazirlər Kabinetinin qərarında da valideyn məsuliyyəti konkret şəkildə əks olunub. Bundan başqa, geyim tələblərinə şagirdlər tərəfindən riayət olunması ilə bağlı məsələlərin Pedaqoji Şura tərəfindən həll edilməsi nəzərdə tutulub. Məktəbin qəbul etdiyi qərarın beş iş günü ərzində rəsmi internet səhifəsində və ya məlumat lövhəsində yerləşdirilməsi də müəyyənləşdirilib.

Məktəb ailənin davamıdır, amma ailənin surəti deyil

Uşağın ilk tərbiyə aldığı yer ailədir. Məktəb isə bu tərbiyəni ictimai müstəviyə çıxaran məkandır. Ona görə də ailədə formalaşan bütün davranış modellərinin məktəbə olduğu kimi daşınması düzgün deyil. Məktəbin öz qaydaları, etikası və daxili nizamı olmalıdır. Bu, ailənin rolunu azaltmır. Əksinə, məktəb və valideyn arasında əməkdaşlığı zəruri edir.

Valideyn uşağın məktəbdə hansı qaydalara əməl etməli olduğunu bilməli, məktəb də həmin qaydaları ailəyə aydın şəkildə çatdırmalıdır. Belə əməkdaşlıq olmadıqda ən sadə geyim tələbi belə mübahisə predmetinə çevrilə bilər. Yeni qanunvericilikdə valideynlərin geyim tələblərinə əməl olunmasını təmin etməsinin ayrıca vəzifə kimi müəyyənləşdirilməsi də bu məsuliyyət bölgüsünü daha aydın edir.

Biz məktəbdən nə gözləyirik?

Əslində məktəbli forması ilə bağlı müzakirələrin mərkəzində məhz bu sual dayanmalıdır. Əgər məktəbi yanlış mövqedən çıxış edərək yalnız biliklərin aşılandığı məkan qəbul etsək, geyim məsələsi adi inzibati tələb kimi görünə bilər. Lakin məktəbi gələcəyin vətəndaşının formalaşdığı sosial institut kimi qəbul ediriksə, o zaman geyim, davranış, nizam-intizam və kollektiv məsuliyyət bir-birindən ayrı məsələlər deyil.

Məktəbdə qaydaya əməl edən uşağın gələcəkdə ictimai qaydalara münasibəti formalaşır. Başqasının hüququna hörmət etməyi öyrənən şagird sonrakı həyatında bunu davranış modelinə çevirir. Öz davranışına məsuliyyət daşıyan yeniyetmə isə cəmiyyət qarşısında da məsuliyyət anlayışını daha yaxşı mənimsəyir, layiqli vətəndaş kimi yetişir.

Məktəb mədəniyyətinin formalaşması

Məktəb mədəniyyəti əksəriyyət üçün kiçik görünən qaydalardan başlayır. Halbuki, şagirdin məktəbə hansı geyimdə gəlməsi, müəllimə necə müraciət etməsi, dərs zamanı necə davranması, məktəb əmlakına necə münasibət göstərməsi, sinif yoldaşına hörmət edib-etməməsi – bütün bunlar təhsilin keyfiyyətini müəyyən edən əsas faktorlardır. Bir şagird mükəmməl biliyə, fenomenal yaddaşa, dünya görüşünə sahib ola bilər. Ancaq qeyd olunan məziyyətlər onda formalaşdırılmasa, həmin şagird nə gələcək karyerasında uğur qazana, nə də layiqli vətəndaş kimi yetişə bilər.

Bu mənada vahid məktəbli forması yalnız zahiri görünüş məsələsi deyil. O, məktəb mühitində bərabərlik, aidlik, nizam-intizam və vahid davranış mədəniyyətinin görünən simvollarından biridir. Ona görə də məktəbin qapısından içəri daxil olan hər bir uşaq ilk növbədə “kimin övladıdır”, “ailəsinin maddi imkanı nə qədərdir”, “hansı sosial çevrədən gəlir” sualları ilə deyil, şagird kimliyi ilə qarşılanmalıdır.

Vahid məktəbli formasının fəlsəfəsi də məhz budur: məktəb hamı üçün eyni qaydaların, məsuliyyətin və təhsil imkanlarının olduğu məkan olmalıdır.

Çünki məktəbdə geyim fərqləri minimuma endikcə, əsas fərqləndirici meyarın bilik, bacarıq, davranış və şəxsiyyət olması üçün daha çox imkan yaranır. Bu cür imkanın yarandığı şəraitdə isə gələcəyin peşəkar kadrları, ən önəmlisi isə layiqli vətəndaşları yetişir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

End of content

No more pages to load

RADİO