Avtomobil alarkən ən çox edilən səhvlər açıqlandı

Avtomobil bazarında elan qiyməti ilə real satış qiyməti arasında fərq olması alıcıların seçim prosesini çətinləşdirir.

Bəs elan qiyməti ilə real satış qiyməti arasında nə qədər fərq var və alıcı avtomobilin real bazar dəyərini necə müəyyən edə bilər? Hazırda avtomobil alanlar daha çox hansı səhvlərə yol verir və sonradan ən çox nəyə görə peşman olurlar?

Bizim.Media xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov “Demokrat.az”a açıqlamasında bildirib ki, məlum olduğu kimi, Azərbaycan avtomobil bazarı həm yeni, həm də köhnə avtomobillərdən ibarətdir.

Onun sözlərinə görə, bəzən elanlarda göstərilən qiymətlə real satış qiyməti arasında fərq olur:

“Avtomobil satan şəxs adətən daha sərfəli qiymətə satmaq istəyir, alıcı isə daha sərfəli qiymətə almağa çalışır. Bu səbəbdən də avtomobili satan şəxs qiyməti bir qədər yüksək təklif edir. Alıcı real bazar dəyərini müəyyən etmək üçün maraqlandığı avtomobilin markası və modeli ilə bağlı müəyyən araşdırmalar aparır. Onlayn şəkildə bazara baxır, almaq istədiyi avtomobilin eyni modelin buraxılış ili, yürüşü və komplektasiyası ilə maraqlanır və fərqlərə uyğun qərar verir.

Bəli, əslində belə də olmalıdır. Alıcı almaq istədiyi avtomobilin qiymətini eyni marka və modelə aid digər avtomobillərlə müqayisə etdikdən sonra qərar verməlidir.

Ümumiyyətlə, belə bir deyim var: alıcı həmişə təcrübəsizdir. Ən çox edilən səhvlərdən biri avtomobilin yalnız görünüşünə və qiymətinə əsasən alınmasıdır. Burada əsas məsələ avtomobilin texniki vəziyyətinin yoxlanılmasıdır. Avtomobil servisdə peşəkar və təcrübəli usta tərəfindən yoxlanıl malıdır. Əks halda, alıcı avtomobilin görünüşünə və qiymətinə aldanaraq onu aldıqdan sonra müəyyən problemlərlə qarşılaşa bilər.

Mühərrikdə, sürətlər qutusunda və digər hissələrdə problemlər yarana bilər. Bunlar da çox xərc tələb edən məsələlərdir. Bu baxımdan, avtomobilin sonrakı təmir xərclərinə daha çox diqqət yetirmək lazımdır.

Məsələn, alıcıların etdiyi səhvlərdən biri də yeni avtomobil alarkən yalnız qiymətə diqqət yetirmələridir. Tutaq ki, avtomobil yenidir. İstehsal olunduğu ölkənin fərqi yoxdur: istər Çin istehsalı olsun, istərsə də digər ölkə istehsalı.

Alıcı baxır ki, avtomobilin qiyməti çox ucuzdur, görünüşü maraqlıdır və onu alır. Amma sonra məlum olur ki, həmin avtomobilin ehtiyat hissələri ümumiyyətlə tapılmır və ya çox bahadır.

Avtomobil ucuz qiymətə təklif olunur, amma sonradan həmin avtomobilin ehtiyat hissələrinin satışından daha çox qazanc əldə edən şirkətlər də olur. Bu da bir növ satış strategiyasıdır. Ona görə alıcı bu cür təkliflərə aldanmamalıdır.

Avtomobil alarkən onun sonrakı təmir xərclərinə, ehtiyat hissələrinin qiymətlərinə də diqqət yetirməlidir ki, avtomobili aldıqdan sonra üç il və ya beş il ərzində həmin maşına nə qədər servis xərci çəkəcəyini əvvəlcədən bilsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

End of content

No more pages to load

RADİO