Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA

Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunun razılığı olmadan onun kredit borcu, gecikməsi və maliyyə vəziyyəti barədə məlumatların üçüncü şəxslərə bildirilməsi bank sirri və şəxsi məlumatların qorunması baxımından suallar yaradır.

Bəs, bank kredit borcuna görə borclunun qohumlarına hansı hallarda zəng edə bilər, qohumun zamin olmadığı halda onunla borc barədə məlumat paylaşılması qanun pozuntusu hesab edilə bilərmi və vətəndaş belə hal ilə qarşılaşdıqda hüquqlarını necə qoruya bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı bank eksperti Emin Kərimov “sonxeber.az”a açıqlama verib.

O bildirib ki, müştəri banka təqdim etdiyi əlaqə nömrələri üzrə gecikmə olduğu halda həmin şəxslərlə əlaqə saxlanılacağı barədə kredit götürərkən xəbərdar edilir.

"Bu nömrələrin əsas məqsədi müştərini birbaşa tapmaq mümkün olmadıqda, zənglərə cavab vermədikdə və ya onunla əlaqə yaratmaq mümkün olmadıqda, təqdim etdiyi şəxslər vasitəsilə müştəri ilə əlaqə qurmaqdır. Kredit götürərkən müraciət ərizəsi ilə yanaşı, əlaqə nömrələri, e-mail və digər əlaqə vasitələrinin qeyd olunduğu anket forması doldurulur.

Şəxs adətən həmin formada birinci dərəcəli qohumlarının və ailə üzvlərinin əlaqə nömrələrini qeyd edir. Bank qanunvericiliyinin və ümumi qanunvericiliyin tələbləri o halda pozula bilər ki, müştəriyə aid şəxsi və ya kredit məlumatları onun təqdim etdiyi nömrələrin sahiblərinə açıqlansın.

Məsələn, müştəri gecikmədədirsə, ona zəng çatmırsa, ölkədə deyilsə, nömrəsini dəyişibsə və bankın onunla birbaşa əlaqə yaratmaq cəhdləri nəticə vermirsə, təqdim etdiyi əlaqə nömrələri, xüsusilə də birinci dərəcəli qohumlarının nömrələri ilə əlaqə saxlanıla və müştərinin axtarıldığı, ödəniş vaxtının çatdığı və ya ödənişi gecikdirdiyi barədə məlumat verilə bilər".

Ekspert bildirib ki, şəxslərin də kredit götürərkən əlaqə nömrəsini təqdim etdiyi qohumlarını bu barədə əvvəlcədən məlumatlandırması və onların razılığını alması daha məqsədəuyğundur:

"Çünki sonradan bank həmin şəxslə əlaqə saxladıqda onun bundan xəbərsiz olması ilə bağlı narazılıq yarana bilər. Ümumən, şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin müəyyən tələbləri və standartları var. Müştərinin şəxsi məlumatları üçüncü şəxslərə və ya sonradan müəyyən edilmiş qohum, tanış və digər şəxslərin nömrələrinə açıqlanarsa, bu, qanun pozuntusu sayıla bilər. Lakin müştərinin özü tərəfindən banka könüllü şəkildə təqdim edilmiş qohumlarının əlaqə nömrələri ilə məlumatlandırma və xəbərdarlıq məqsədilə əlaqə saxlanılması fərqli məsələdir.

Kredit götürərkən müştəriyə bildirilir ki, ödənişdən yayınması və ya onunla əlaqə yaratmağın mümkün olmaması halında təqdim etdiyi əlaqə nömrələri vasitəsilə yaxınları ilə əlaqə saxlanılaraq onun axtarıldığı və ödəniş vaxtının çatdığı barədə məlumat verilə bilər. Bununla belə, müştəriyə aid şəxsi və kredit məlumatlarının həmin şəxslərlə paylaşılması artıq qanun pozuntusu sayıla bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

End of content

No more pages to load

RADİO