Mərkəzi Bankın səlahiyyətləri artırılır

Mərkəzi Bankın maliyyə qruplarına nəzarət səlahiyyətləri genişləndirilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə görə, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Həmçinin maliyyə institutlarının və maliyyə qruplarının risk profillərinin dövri qiymətləndirilməsi, müəyyən hallarda isə təkrar qiymətləndirmənin aparılması nəzərdə tutulur.

 

Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək.


Maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməməsi riskləri dövri olaraq qiymətləndiriləcəkdir. Maliyyə institutu yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, fəaliyyət növlərində, müştəri qrupunda və ya coğrafi fəaliyyət dairəsində dəyişiklik baş verdikdə risk profili yenidən qiymətləndiriləcək.

Əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləği 40 faiz və ya daha çox artdıqda da təkrar qiymətləndirmə aparılacaq.

Mərkəzi Bank nəzarət tədbirlərinin dövriliyini və intensivliyini maliyyə institutunun və ya maliyyə qrupunun risk profilini, siyasətini, daxili qaydalarını, nəzarət mexanizmlərini və prosedurlarını nəzərə almaqla müəyyən edəcək. Bu zaman ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri də nəzərə alınacaq.

 

Nəzarətin dövriliyi və intensivliyi müəyyən edilərkən maliyyə institutlarının və maliyyə qruplarının xüsusiyyətləri, maliyyə institutlarının müxtəlifliyi və sayı, habelə risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi də qiymətləndiriləcək.

 

Mərkəzi Bank nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və ya maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq. Tələb olunan sənəd və məlumatlar Mərkəzi Bankın sorğusunda müəyyən edilmiş müddətdə təqdim edilməlidir. Nəticədə, Mərkəzi Bankın maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət və məlumat tələb etmək səlahiyyətləri daha aydın və əhatəli şəkildə müəyyən ediləcək.

Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

End of content

No more pages to load

RADİO