Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək

Xaricdə ali təhsil alıb məzun olan Azərbaycan respublikası vətəndaşlarının hərbi xidmət müddəti və qaydaları cəmiyyətdə tez-tez müzakirə olunan vacib mövzulardandır. Ölkə qanunvericiliyinə əsasən, çağırışçıların hərbi xidmət müddəti birbaşa onların rəsmi şəkildə tanınan təhsil səviyyəsindən asılıdır. Mövcud hüquqi normativlərə görə, ali təhsilli şəxslər üçün xidmət müddəti bir il, ali təhsili olmayanlar üçün isə bir il altı ay təyin edilib.

Lakin xaricdə təhsil alan məzunlar üçün bu müddətin müəyyənləşdirilməsində əsas həlledici məqam diplomun ölkə ərazisində rəsmi şəkildə tanınması, yəni nostrifikasiya olunmasıdır.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, xaricdə alınan ali təhsil sənədinin Azərbaycan Respublikasında hüquqi qüvvəyə minməsi üçün Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq prosedur həyata keçirilməlidir.

Əgər vətəndaş xarici universiteti bitirdikdən sonra müraciət etməzsə, yaxud müraciəti zamanı təhsil forması, tədris dili, ölkədə qalma müddəti və ya universitetin akkreditasiyası kimi meyarlar standartlara cavab vermədiyinə görə mənfi cavab alarsa, həmin diplom ölkə ərazisində etibarsız sayılır. Bu halda dövlət qurumları həmin şəxsin ali təhsilini rəsmi olaraq tanımır. 

Diplomun tanınmaması birbaşa hərbi mükəlləfiyyət məsələlərinə təsir edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçının statusunu təsdiqlənmiş sənədlər əsasında müəyyənləşdirir.
 

Rəsmi olaraq tanınmış ali təhsil diplomu təqdim edilmədikdə, həmin şəxs hüquqi baxımdan ali təhsilsiz çağırışçı statusunda qeydə alınır. Nəticədə xaricdə universitet bitirməsinə baxmayaraq, diplomu təsdiqlənməyən vətəndaşlar həqiqi hərbi xidmətə ümumi əsaslarla, yəni bir il altı ay müddətinə çağırılırlar.


Xaricdə əyani formada bakalavr və ya magistr təhsili alan gənclərə təhsil müddəti ərzində çağırışdan müvəqqəti möhlət hüququ verilir. Lakin təhsil başa çatdıqdan sonra möhlət hüququ avtomatik olaraq ləğv edilir və hərbi xidmətə çağırış prosesi başlayır.

Müddətin bir il kimi hesablanması üçün çağırışçı hərbi komissarlığa qədər diplomun tanınması haqqında şəhadətnaməni təqdim etməlidir.

Arayışın vaxtında təqdim olunmaması və ya nostrifikasiya prosesinin rədd edilməsi hərbi xidmət müddətinin avtomatik olaraq bir il altı aya qədər uzanması ilə nəticələnir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

End of content

No more pages to load

RADİO