Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Ağdamda – FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Xankəndidən sonra Ağdama gəliblər.

Bizim.Media xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib.

Məlumat verilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar.

Din xadimləri şəhidlərin ruhuna dualar oxuyublar.

Daha sonra Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara ermənilərin mədəni, tarixi, dini abidələri məhv etmələri və Ağdam işğaldan azad olunduqdan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.
 

Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir.


Ermənilər hərbi məqsədlərə görə məscidi dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları qəsdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Cümə məscidi bərpa edilərək əvvəlki görkəminə qaytarılıb.

Din xadimləri məsciddə namaz qılıblar.

Nümayəndə heyətinə Böyük Qayıdış Proqramı çərçivəsində Ağdamda görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, yenidən qurulan Ağdam şəhərinə və üç kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, bu istiqamətdə işlər davam etdirilir.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi – FOTO

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi – FOTO

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdilər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdilər - VİDEO

Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş – FOTO

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş – FOTO

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Ceyhun Bayramov: “Ermənistanla bu sahədə razılığa gəlmişik” - FOTO

Ceyhun Bayramov: “Ermənistanla bu sahədə razılığa gəlmişik” - FOTO

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Ruben Vardanyanın ətrafındakı lobbi şəbəkəsi İFŞA OLDU – SENSASİON FAKTLAR

Ruben Vardanyanın ətrafındakı lobbi şəbəkəsi İFŞA OLDU – SENSASİON FAKTLAR

Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı- Video

Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı- Video

Gəncənin mərkəzi küçəsində zibillərin daşınmamasının günahkarı kimdir? – ARAŞDIRMA

Gəncənin mərkəzi küçəsində zibillərin daşınmamasının günahkarı kimdir? – ARAŞDIRMA

Aldatmaq asan deyil:Bu 4 bürc yalanı tez hiss edir

Aldatmaq asan deyil:Bu 4 bürc yalanı tez hiss edir

100-dən çox yaşı var, bir ildə 75 min turist ziyarət edib – FOTO

100-dən çox yaşı var, bir ildə 75 min turist ziyarət edib – FOTO

Rezidenturaya qəbul olanların NƏZƏRİNƏ – Sabah son gündür

Rezidenturaya qəbul olanların NƏZƏRİNƏ – Sabah son gündür

Ceyhun Bayramov: “Yaxın zamanlarda Mirzoyanla görüş ola bilər”

Ceyhun Bayramov: “Yaxın zamanlarda Mirzoyanla görüş ola bilər”

Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)

Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)

Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikəcək?

Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikəcək?

Bu bürclər üçün yeni gəlir qapısı açılır

Bu bürclər üçün yeni gəlir qapısı açılır

Riyaziyyatçılar 200 ildir cavab axtarırdı - Süni intellekt 88 saata HƏLL ETDİ

Riyaziyyatçılar 200 ildir cavab axtarırdı - Süni intellekt 88 saata HƏLL ETDİ

Göz rəngini dəyişdirənlər şəxsiyyət vəsiqəsini yeniləməlidir? – HÜQUQİ İZAH

Göz rəngini dəyişdirənlər şəxsiyyət vəsiqəsini yeniləməlidir? – HÜQUQİ İZAH

End of content

No more pages to load

RADİO