“Azərbaycanda valideynlərin 56 faizi övladının təhsili ilə həftədə ən azı bir dəfə maraqlanır”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, yüksək nəticə göstərən şagirdlər arasında valideynləri dərsləri ilə maraqlananların sayı maraqlanmayanlardan 42 nəfər çoxdur:
"Valideynlərin 63 faizi övladından həmin gün nə etdiyini soruşur. Yüksək nəticə göstərənlər arasında bu cür uşaqların sayı digərlərindən 38 nəfər çoxdur”.
Fəridə, Bizim.Media