Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı

Əmlak bazarında düzgün evi tapmaq qədər, düzgün şərtlərlə almaq da böyük bir peşəkarlıq tələb edir. İlk dəfə ev sahibi olacaq şəxslərin həyəcanla gözdən qaçırdığı kiçik detallar sonradan böyük bir peşmançılığa çevrilə bilər. 

Bizim.Media xəbər verir ki, daşınmaz əmlak vəkili Cennifer Stil ev baxışları zamanı bütün gedişatı dəyişəcək həmin kritik sualı və alıcıların əsla diqqətdən kənarda saxlamamalı olduğu strateji detalı açıqlayıb.

Yeni bir ev axtaranlar adətən otaqların genişliyinə, kombiyə, su təzyiqinə və ya divarlardakı nəmlik və kif izlərinə köklənirlər. Lakin təcrübəli daşınmaz əmlak vəkili Cennifer Stilə görə, fiziki yoxlamalardan çox daha əvvəl edilməli olan bir addım var. Stil potensial alıcıların əmlaka baxarkən verməli olduğu ilk və ən vacib sualı bu sözlərlə izah edir: "Satıcının vəziyyəti necədir?"

Satıcının psixologiyasını anlamaq bazarlıqda böyük üstünlük qazandırır

Satıcının evi nə üçün və hansı şərtlərlə satdığını öyrənməyin alıcıya güclü bir imkan verdiyini qeyd edən Stil toplanmalı olan kritik məlumatları belə sıralayır:

Satıcının sürətli nağd pula ehtiyacı varmı, yoxsa tələsmədən yüksək təklif gözləyir?

Ev miras yolu ilə qalmış əmlakdır, yoxsa investisiya məqsədilə alınıb satılan köhnə kirayə mülküdür?

Əmlak nə qədər müddətdir boş qalır?


Bu sualların cavabları alıcının təklif strategiyasını satıcının ehtiyacına uyğun qurmasına və masaya daha güclü oturmasına şərait yaradır.

Binanın texniki vəziyyətini yoxlamağın təbii olduğunu ifadə edən mütəxəssis şəxs fiziki quruluşdan əlavə həyati əhəmiyyət kəsb edən başqa bir xəbərdarlıq da edir: Dayanacaq (parkinq) problemi.

Daşınmaz əmlak alarkən yalnız mənzilə məxsus dayanacağın olub-olmadığına deyil, məhəllənin ümumi parkinq tutumuna da baxılmalı olduğunu vurğulayan Stil alıcılara aşağıdakı tövsiyəni verir:

"Evi fərqli saatlarda yenidən ziyarət edin. Qonşuların neçə avtomobili var? Küçələr tamamilə doludurmu? İnsanlar səkilərə maşın saxlamaq məcburiyyətində qalırmı?"

Stil köçdükdən sonra fərq edilən parkinq əzabının insanları ciddi şəkildə narahat etdiyini və bir çox insanın məhz buna görə evini qısa müddət ərzində yenidən satışa çıxarmaq məcburiyyətində qaldığını xatırladır. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər - FOTO

Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər - FOTO

Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO

Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO

"Qarabağ" Mateuş Koxalskinin gedişini AÇIQLADI

"Qarabağ" Mateuş Koxalskinin gedişini AÇIQLADI

Media və Yayım Şurasına üzvlər təyin edildi – ADLAR

Media və Yayım Şurasına üzvlər təyin edildi – ADLAR

Sumqayıtda avtomobil işıq dirəyini aşırdı - FOTO

Sumqayıtda avtomobil işıq dirəyini aşırdı - FOTO

İnarə Mirhəsənova Anar Bayramovun müşaviri TƏYİN EDİLDİ

İnarə Mirhəsənova Anar Bayramovun müşaviri TƏYİN EDİLDİ

Türkiyədə dəbdəbəli toy edən "Vanlı Kara Haydar" saxlanıldı: Məclisdə taxılan qızıllar araşdırılır - FOTO - VİDEO

Türkiyədə dəbdəbəli toy edən "Vanlı Kara Haydar" saxlanıldı: Məclisdə taxılan qızıllar araşdırılır - FOTO - VİDEO

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərildi

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərildi

Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI - FOTO

Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI - FOTO

Əhməd İsmayılov Media və Yayım Şurasına sədr təyin edildi – SƏRƏNCAM

Əhməd İsmayılov Media və Yayım Şurasına sədr təyin edildi – SƏRƏNCAM

"Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı

"Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı

Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı - VİDEO

Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı - VİDEO

Toyda aparıcı ilə tanış olmaq istəyən ofisiant SAXLANILDI

Toyda aparıcı ilə tanış olmaq istəyən ofisiant SAXLANILDI

Çempionlar Liqası: "Sabah" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Çempionlar Liqası: "Sabah" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Qarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə - FOTO

Qarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə - FOTO

Peskov: “Rusiyanın qələbəsi çox yaxındır”

Peskov: “Rusiyanın qələbəsi çox yaxındır”

Valideynlərin dərslərlə maraqlanması uşaqların nəticəsinə necə təsir edir? – Nazirdən AÇIQLAMA

Valideynlərin dərslərlə maraqlanması uşaqların nəticəsinə necə təsir edir? – Nazirdən AÇIQLAMA

Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı

Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı

Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb

Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb

Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir

Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir

Rusiyanın tanınmış aktrisası vəfat etdi - (Foto)

Rusiyanın tanınmış aktrisası vəfat etdi - (Foto)

Emin Əmrullayevdən təhsil ekspertləri haqqında: "Məişət səviyyəsində müzakirə edirlər"

Emin Əmrullayevdən təhsil ekspertləri haqqında: "Məişət səviyyəsində müzakirə edirlər"

Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi – VİDEO

Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi – VİDEO

Bakıda 26 yaşlı oğlan daş karxanasında həyatını itirdi

Bakıda 26 yaşlı oğlan daş karxanasında həyatını itirdi

End of content

No more pages to load

RADİO