“Təhsil ekspertləri təhsili məişət mövzuları səviyyəsində müzakirə edirlər”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında sualları cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, daha çox təhsilin məzmunu müzakirə edilməlidir:
"Təhsildə məişət səviyyəsində olan müzakirələr PISA kimi ciddi tədqiqatlara təsir göstərmir. Məsələn, şagird sinifdə stolun üstünə çıxanda, bütün cəmiyyət bundan danışır. Daha ciddi məsələlər müzakirə edilməlidir”.
Fəridə, Bizim.Media