Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, qəza Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yükdaşıyan “166” xidməti avtomobili “Hyundai Sonata” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində “Hyundai Sonata”da olan qadın sərnişin hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu