Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Azərbaycanda son dövrdə süd, yumurta və ət məhsullarının qiymətində artım müşahidə olunur. Bu da bəzi ərzaqların istehsal faizi ilə ziddiyyət təşkil edir. Belə ki, 2026-cı ilin yanvar-iyul aylarında ət istehsalı 2,6 faiz artsa da, süd istehsalında dəyişiklik olmayıb, yumurta istehsalı isə azalıb.

Eyni zamanda, iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə süd və süd məhsulları, yumurtanın qiyməti 10,3 faiz, ət və ət məhsullarının qiyməti isə 7,7 faiz bahalaşıb. Halbuki, ərzaq məhsullarının qiymətinin formalaşmasında istehsalın həcmi də mühüm rol oynayır.

Bəs istehsal göstəriciləri ilə qiymətlər arasındakı bu fərqin səbəbi nədir?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, istehsal xərcləri artdığına görə məhsul istehsalı ifadədə yüksəlib:
 

“İstehsal kütləvi şəkildə iki-üç dəfə artmayıb ki, bazarda məhsul bolluğu yaransın. Burada inflyasiya amili də var. Məhsul istehsalçılarının enerji xərcləri, həmçinin daşıma və digər istehsal xərcləri yüksəlib. İşçilik xərcləri və orta əməkhaqqı da artır. Bu artan xərclər isə qiymətin üzərinə ötürürlər.


İdxal qiymətləri də artdığı üçün yerli istehsalçılar qiymətləri artıra bilirlər. Çünki qiymət rəqabət şəraitində formalaşır. Yerli istehsalçı üçün öz xərclərinin nə qədər dəyişməsindən daha çox, bazardakı qiymət əsas göstəricidir. Məsələn, yumurtanı hamı 15 qəpiyə satırsa, o da 15 qəpiyə satır”.

Ərzaq məhsullarının hamısını ölkə daxilində istehsal etmirik

Ekspertin sözlərinə görə, ərzaq bazarının böyük hissəsi idxaldan asılıdır:

“Azərbaycanda ərzaq qiymətlərinin formalaşmasında yerli istehsalın rolu nisbətən azdır, əsas təsir idxal qiymətlərindən gəlir. Çünki demək olar ki, bütün bazarlarda idxal məhsulları və idxal olunan xammal mühüm rol oynayır. Hətta yerli istehsalın özü də müəyyən qədər idxaldan asılıdır. Məsələn, xammalın və məhsulun tərkib hissələrinin bir qismi xaricdən gətirilir.

Digər tərəfdən, sahibkar da öz məhsulunu baha satmağa və gəlir əldə etməyə çalışır. Qiyməti artırır, görür ki, alıcılar həmin məhsulu almağa davam edir və bu proses də davam edir”.

Bəs qiymətlərin ucuzlaşmasına səbəb olmaq üçün istehsalın artması nə qədər olmalıdır və bazarda hansı şərtlər yaranmalıdır?

X.Kərimli bununla bağlı hesab edir ki, istehsalın artması halında qiymətlərin ucuzlaşacağını konkret demək mümkün deyil.

“Ümumi bazar qanununa görə, məhsul bolluğu yarandıqda qiymət alıcıların xeyrinə daha ədalətli formalaşır. Ancaq bu, mütləq məhsulun ucuzlaşacağı demək deyil.
 

Məhsulun qiyməti istehsal xərclərini və sahibkarın mənfəət gözləntisini qarşılamalıdır. Sahibkar məhsulu maya dəyərindən aşağı qiymətə sataraq zərər edirsə, növbəti mərhələdə istehsalı azalda və ya ümumiyyətlə dayandıra bilər. Buna görə də məhsulun həddindən artıq ucuzlaşması da istehsala mənfi təsir göstərir.


Ona görə də məhsul bolluğu şəraitində əsas məqsəd qiymətin mütləq ucuzlaşması deyil, ədalətli şəkildə formalaşmasıdır. “Ucuz” anlayışı isə nisbidir. Bir istehlakçı üçün müəyyən qiymət ucuz, digəri üçün baha ola bilər. Bu səbəbdən qiymətin hansı səviyyədə “ucuz” hesab ediləcəyini konkret rəqəmlə müəyyənləşdirmək mümkün deyil”, - o qeyd edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

Azərbaycanda satılan "Papa mojet" məhsullarında aşkarlanan salmonella ilə bağlı AQTA-dan AÇIQLAMA

Azərbaycanda satılan "Papa mojet" məhsullarında aşkarlanan salmonella ilə bağlı AQTA-dan AÇIQLAMA

İyulda manatla pul kütləsi ARTIB

İyulda manatla pul kütləsi ARTIB

Yasamalda hazır mənzil, ipoteka və daxili kredit: alıcıları hansı seçimlər gözləyir?

Yasamalda hazır mənzil, ipoteka və daxili kredit: alıcıları hansı seçimlər gözləyir?

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub – SİYAHI

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub – SİYAHI

Tahir Əmiraslanovun sahibsiz itlərlə bağlı paylaşımı QALMAQAL yaratdı - FOTO

Tahir Əmiraslanovun sahibsiz itlərlə bağlı paylaşımı QALMAQAL yaratdı - FOTO

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi BAŞLAYIR

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi BAŞLAYIR

"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - Foto

"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - Foto

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

DİQQƏT! Biləsuvarın 6 kəndində qaz olmayacaq

DİQQƏT! Biləsuvarın 6 kəndində qaz olmayacaq

Məktəbə erkən başladı, sinifləri vaxtından əvvəl keçdi: 15 yaşında tələbə oldu

Məktəbə erkən başladı, sinifləri vaxtından əvvəl keçdi: 15 yaşında tələbə oldu

Laçında yenidən oyanan xatirələr... – FOTO/VİDEO

Laçında yenidən oyanan xatirələr... – FOTO/VİDEO

Uşağınıza heç vaxt deməməli olduğunuz 7 cümlə

Uşağınıza heç vaxt deməməli olduğunuz 7 cümlə

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Şabranda AĞIR QƏZA – Ölən var – FOTO

Şabranda AĞIR QƏZA – Ölən var – FOTO

End of content

No more pages to load

RADİO