Bu gün səhər saatlarında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarəsi Moskvanın Vnukovo aeroportunda yerə enib.
Bizim.Media xəbər verir ki, bu barədə “flightradar24.com” xidmətinin məlumatlarına istinadən Rusiya mediası yazıb.
Sözügedən təyyarənin Riqadan Moskvaya yola düşdüyü qeyd olunub.
Hava gəmisinin Riqaya isə ABŞ-nin Merilend ştatında yerləşən Kemp-Sprinqs şəhərindən uçduğu bildirilib.
Kremlin sözçüsü Dmitri Peskov isı bildirib ki, Kremlin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Vnukovoya gəlişi ilə bağlı heç bir məlumatı yoxdur. Onun sözlərinə görə, Rusiya tərəfi bu həftə ABŞ administrasiyasının rəsmisi ilə görüş planlaşdırmır.
Bizim.Media