Avstraliya Səsyazma Sənayesi Assosiasiyası (ARİA) milli musiqi çartlarına düşmək istəyən mahnılar üçün yeni tələblər tətbiq edib.
Bizim.Media xəbər verir ki, “Röyters” məlumat yayıb.
Məlumata görə, yenilənmiş qaydalara əsasən, musiqi əsərləri əsasən insan yaradıcılığının məhsulu olmalıdır. Süni intellekt alətlərindən istifadəyə tam qadağa qoyulmasa da, mahnının müəllifi insan olmalı, əsas vokal və instrumental partiyalar isə insanlar tərəfindən ifa edilməlidir.
Bizim.Media