Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minəcək.

Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.

Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.

Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir.

Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və su obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.

Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmayacaq:

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su ilə təmin edilməsi;

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su təchizatı;

- "Azərenerji" ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edəcəklər.
 

Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə biləcəklər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.



Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda müəyyən edilmiş ödəniş 10 əmsal tətbiq edilməklə hesablanacaq.

Tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda müəyyən edilmiş ödənişlər 0,7 əmsal tətbiq edilməklə hesablanacaq.

Su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri "Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş normativləri"ndə nəzərdə tutulmuş ödənişlərdən azad etməyəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ – Yeni qiymətlər

Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ – Yeni qiymətlər

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar– Yeni ƏLİFBA

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar– Yeni ƏLİFBA

Tramp administrasiyasından SƏRT ADDIM – Tarixin ən böyük viza ləğvi kampaniyası BAŞLAYIR

Tramp administrasiyasından SƏRT ADDIM – Tarixin ən böyük viza ləğvi kampaniyası BAŞLAYIR

Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı – Video

Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı – Video

Azərbaycana ən çox turistin gəldiyi ölkələr – SİYAHI

Azərbaycana ən çox turistin gəldiyi ölkələr – SİYAHI

Rusiyadan GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - FOTO

Rusiyadan GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Qusar məktəbində BÖYÜK UĞUR - Sinfin bütün məzunları TƏLƏBƏ OLDU – FOTO

Qusar məktəbində BÖYÜK UĞUR - Sinfin bütün məzunları TƏLƏBƏ OLDU – FOTO

Gələn ildən smartfonlarla bağlı mühüm dəyişiklik olacaq— Açıqlama

Gələn ildən smartfonlarla bağlı mühüm dəyişiklik olacaq— Açıqlama

Fransanın dəhşətli tornado fəlakəti – VİDEO

Fransanın dəhşətli tornado fəlakəti – VİDEO

20 gəmi, 100-dən çox qırıcı... – ABŞ donanması İran sahillərində

20 gəmi, 100-dən çox qırıcı... – ABŞ donanması İran sahillərində

Paytaxtın bəzi ərazilərində QAZ OLMAYACAQ

Paytaxtın bəzi ərazilərində QAZ OLMAYACAQ

Dünyanın ən gözəl qızının indiki halı— FOTOLAR

Dünyanın ən gözəl qızının indiki halı— FOTOLAR

SON DƏQİQƏ! Robert Köçəryan saxlanıldı - VİDEO

SON DƏQİQƏ! Robert Köçəryan saxlanıldı - VİDEO

Bakıda AĞIR QƏZA – Piyada həyatını itirdi

Bakıda AĞIR QƏZA – Piyada həyatını itirdi

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Ukraynadan Krasnodara PUA HÜCUMU – Ölənlər var – VİDEO

Ukraynadan Krasnodara PUA HÜCUMU – Ölənlər var – VİDEO

Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər – VİDEO

Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər – VİDEO

Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

Dövriyyə artır, şöbələr azalır... – Poçt xidmətləri dövrü BAŞA ÇATIR?

Dövriyyə artır, şöbələr azalır... – Poçt xidmətləri dövrü BAŞA ÇATIR?

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Azərbaycanda bəzi şəxslər hərbi toplanış keçməkdən azaddırlar - Qanun nə deyir? - VİDEO

Azərbaycanda bəzi şəxslər hərbi toplanış keçməkdən azaddırlar - Qanun nə deyir? - VİDEO

End of content

No more pages to load

RADİO