Gəncədə 65 yaşlı kişi qətlə yetirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
1961-ci il təvəllüdlü Musa Musayevin bıçaqlanaraq öldürüldüyü ehtimal edilir.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu