Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını İSTƏYİR

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin keçmiş həyat yoldaşı Anna Devoçkinadan olan iki oğlu üçün alimentin azaldılması tələbi yenidən təmin edilməyib.

Bizim.Media xəbər verir ki, şoumen bir ildən artıqdır övladları üçün ödədiyi alimentin 1,5 milyon rubldan (31 min manat) 500 min rubla (10 min manat) endirilməsinə çalışır.

Onun vəkili Sergey Jorin bildirib ki, hüquqşünaslar ödənişlərin azaldılması üçün mübarizəni davam etdirəcəklər.
 

Jorinin sözlərinə görə, məhkəmədən aylıq alimentin 500 min rubla endirilməsi ilə yanaşı, uşaqların biznes-klassla uçuşları ilə bağlı öhdəliyin də dəyişdirilməsi istənilib. Lakin məhkəmə uşaqların biznes-klass əvəzinə ekonom-klassla uçmasına belə razılıq verməyib. Buna səbəb kimi valideynlərin uşaqları müəyyən həyat tərzinə alışdırması göstərilib.


"Biz aylıq ödənişin 500 min rubla endirilməsini istədik. Bu məbləğ Moskvada bir uşaq üçün yaşayış minimumunun təxminən 23 mislinə bərabərdir. Həmçinin biznes-klassla uçuş öhdəliyinə yenidən baxılmasını, digər əlavə xərclərin isə saxlanılmasını təklif etdik. Maraqlıdır ki, məhkəmə biznes-klassın ekonom-klassla əvəzlənməsinə belə razı olmadı. İclas zamanı valideynlərin uşaqları biznes-klassla uçmağa özlərinin alışdırdığı bildirildi" deyə, vəkil bildirib.

Bundan əvvəlki məhkəmə iclasında Rodrigez uşaqlarının və keçmiş həyat yoldaşının İspaniyadan Rusiyaya köçməsinin onlar üçün daha uyğun olacağını əsaslandırmağa çalışıb.

Hazırda 17 yaşlı Migel və 13 yaşlı Daniel İspaniyada yaşayırlar. Şoumen Rusiyada onların rahat şəraitdə yaşaması üçün əlindən gələni etməyə hazır olduğunu deyib.

Rodrigez həmçinin son bir ildə gəlirlərinin azaldığını və müəyyən edilmiş aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini göstərən sənədləri məhkəməyə təqdim edib. Buna baxmayaraq, "Super.ru" daha əvvəl sənətçinin 45 dəqiqəlik özəl çıxış üçün təxminən 1,5 milyon rubl qazandığını yazıb. Beş saatlıq çıxış üçün isə onun qonorarının 2,5 milyon rubl (51 min manat) olduğu bildirilir.
 

Qeyd edək ki, Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə qurublar. Cütlüyün bu nikahdan iki oğlu var. Ayrılığın səbəbi ilə bağlı Annanın şoumenin xəyanətlərinə eyham vurduğu bildirilsə də, Rodrigez bu iddiaları inkar edib. Bundan qısa müddət sonra o, yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısına çıxmağa başlayıb.


Rodrigez və Kabakın 2023-cü ilin payızından münasibətdə olduğu bildirilir. 2025-ci ilin mayında şoumen Anna Devoçkina ilə 16 illik evliliyinə rəsmən son qoyub. Həmin vaxt Anna xaricdə olub və Timur onunla telefon danışığı zamanı ayrıldığını bildirib. Rodrigez və Kabak iki ay əvvəl evlənib. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Gəncədə 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir

Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir

Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO

Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO

Atəşpərəstlər və xristianların bir araya gəldiyi rayonumuz – Azərbaycan məhz burada ikiyə bölündü

Atəşpərəstlər və xristianların bir araya gəldiyi rayonumuz – Azərbaycan məhz burada ikiyə bölündü

Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

Krivoy Roqa hücum zamanı yaralıların sayı kəskin ARTDI

Krivoy Roqa hücum zamanı yaralıların sayı kəskin ARTDI

Bağlanan universitetin tələbələri ilə bağlı RƏSMİ AÇIQLAMA

Bağlanan universitetin tələbələri ilə bağlı RƏSMİ AÇIQLAMA

Şəmkir bazarında insident: Arabaçı “parkovşik”i döydü

Şəmkir bazarında insident: Arabaçı “parkovşik”i döydü

Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını İSTƏYİR

Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını İSTƏYİR

Bakıda Avropa çempionatı start götürdü - FOTO

Bakıda Avropa çempionatı start götürdü - FOTO

İki həftədə 11 mindən çox uşağa peyvənd vuruldu - FOTO

İki həftədə 11 mindən çox uşağa peyvənd vuruldu - FOTO

Üç BOKT-un vəzifəli şəxsləri cərimələndi

Üç BOKT-un vəzifəli şəxsləri cərimələndi

Son bir həftədə təbiətə 80 min manatdan çox ziyan vuruldu

Son bir həftədə təbiətə 80 min manatdan çox ziyan vuruldu

Müəllim olmaq istəyənlərin nəzərinə: Müsahibə mərhələsi BAŞLAYIR

Müəllim olmaq istəyənlərin nəzərinə: Müsahibə mərhələsi BAŞLAYIR

Gəncədə qadın öldürülüb - Oğlu şübhəli bilinir

Gəncədə qadın öldürülüb - Oğlu şübhəli bilinir

Sürücülərə xəbərdarlıq: Bu yollar bağlanır

Sürücülərə xəbərdarlıq: Bu yollar bağlanır

Güclü leysan Daşkəsəndə yolu bağladı, kəndlə əlaqə kəsildi - FOTO

Güclü leysan Daşkəsəndə yolu bağladı, kəndlə əlaqə kəsildi - FOTO

Xocavənddə traktor minaya düşdü - Xəsarət alan var

Xocavənddə traktor minaya düşdü - Xəsarət alan var

Sərhəddə sıxlıq: “Qırmızı Körpü”də yüzlərlə yük maşını gözləyir

Sərhəddə sıxlıq: “Qırmızı Körpü”də yüzlərlə yük maşını gözləyir

Rusiya Ukraynadakı ən böyük ticarət mərkəzinə dronla HÜCUM ETDİ - VİDEO

Rusiya Ukraynadakı ən böyük ticarət mərkəzinə dronla HÜCUM ETDİ - VİDEO

Azərbaycanda SMS göndərənlərin sayı AZALIB

Azərbaycanda SMS göndərənlərin sayı AZALIB

Ədliyyə Nazirliyi hesabat yaydı: 48 nəfər Azərbaycana ekstradisiya olunub

Ədliyyə Nazirliyi hesabat yaydı: 48 nəfər Azərbaycana ekstradisiya olunub

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı – Foto

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı – Foto

End of content

No more pages to load

RADİO