Müğənni Elvin Abdullayevin bloger həyat yoldaşı Afət Abdullayeva “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) şikayətçidir.
Bizim.Media xəbər verir ki, bu barədə bloger sosial media hesabında paylaşım edib.
Bloger ictimai nəqliyyatda yaranan problemlərdən narazılığını bildirib:
"Vəziyyət ağırdır. Metropoliten rəhbərliyindən kimsə qatarlardan istifadə edir? Vəziyyətdən xəbərləri var? Beş stansiyadır, haradasa 1 saat 10 dəqiqədir qatar gözləyirik. Gah yarıda düşürür, gah gec-gec gəlir.
AYNA-ya nə deyəsən, 20 dəqiqə avtobus gözləyirsən. Gec-gec gəlir. Avtobusların saylarını çoxaltmaq lazımdır. Arada səlahiyyətli şəxslər nəqliyyat vasitələrindən istifadə etsinlər ki, sıravi şəxslərin nə çəkdiyini görsünlər. Müsahibə verməklə deyil" deyə, o, bildirib. (axşam.az)
Bizim.Media