Krivoy Roqda ticarət mərkəzinə endirilən Rusiya zərbəsi nəticəsində zərərçəkənlərin sayı 90 nəfəri ötüb.
Bizim.Media xəbər verir ki, bu barədə RBC-Ukraine Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın bəyanatına istinadən məlumat yayıb.
"Düşmənin Krivoy Roqa hücumu səbəbindən zərərçəkənlərin sayı 91 nəfərə çatıb", — deyə o qeyd edib.
Vilayət rəhbəri əlavə edib ki, yaralananlardan biri uşaq olmaqla, 21 nəfərin vəziyyəti ağırdır. Hücum zamanı 5 nəfərin öldüyü bildirilir.
Bizim.Media