Azərbaycanın ən qədim silah anbarının olduğu şəhər: Dəvə belində Bizansa qədər daşınırdı - TOPONİMLƏR

Beyləqan adının mənasını çoxları onun tərkibindəki “qan” sözünə bağlayır,  şəhərin adını qədim dövrlərdə bu ərazilərdə baş vermiş savaşlar, istilalar, tökülən qanlarla əlaqələndirməyə çalışır. Bu, ilk baxışda maraqlı səslənsə də, Beyləqanın adının və tarixinin izinə düşəndə tamam başqa, daha zəngin mənzərə ilə qarşılaşırıq.

Bizim.Media-nın “Toponimlər” rubrikasının növbəti buraxılışında Azərbaycanın qədim şəhərlərindən biri olan Beyləqanın adını və tarixini araşdıracağıq.

Şərqi silah və əmək alətləri ilə təmin edirmiş

Beyləqan özündə əsrlərin dəyişən siyasi və coğrafi mühitinin izlərini daşıyır, bu torpaqlar vaxtilə şərqin mühüm ticarət mərkəzlərindən biri olub. Beyləqan ərazisində çoxlu sayda həm arxeoloji, həmdə memarlıq abidələri mövcuddur. Şəhərin əsası V əsrdə qoyulub. IX-XI əsrin əvvəllərində burada dəmirçilik, misəritmə, zərgərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilib. Beyləqan ustaları silah və əmək alətləri istehsalında ad qazanmışdılar. Karvan yolu ilə o vaxtın “brend” hesab olunan silahları Çin, Bizans kimi imperiyalara daşınırdı.

Qədim Beyləqan indiki rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığıdır. Şəhər xarabalığı hələ də bu ərazidə qalmaqdadır.

Tarixi məlumatlara görə XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq dağıdılıb. Onlar gedəndən sonra sağ qalan əhali geri qayıdaraq yenidən bərpa işlərinə başlayıb, şəhəri abadlaşdırıblar. Amma monqollar tərəfindən ikinci dəfə 1235-ci ildə tar-mar ediləndən sonra Beyləqan xarabalığa çevrilib və bir daha bərpa olunmayıb. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq işlər yarımçıq qalıb.

Tarixçi-coğrafiyaşünas Həmdullah Qəzvini 1340-cı ildə Beyləqan haqqında aşağıdakıları yazır:

"Beyləqan beşinci iqlimdə yerləşir. O, Sasani hökmdarı Firuzun oğlu Qubad tərəfindən salınıb. Hal-hazırda (yəni, 1340-cı ildə) xarabalığa çevrilib. Evlərin çoxu bişmiş kərpicdən tikilmişdi. İqlimi istidir. Burada dənli bitkilər – əla buğda, çəltik, pambıq becərilirdi".

Bəs şəhərin adının mənası nədir, necə yaranıb?

İrandakı "Nəqşi Rüstəm" abidəsinin Əhəmənilər və Sasanilər dövrünə aid kitabəsində Sasani dövlətinə daxil olan 27 ölkə arasında "Adurbadaqan" (Azərbaycan) və onun vilayəti olan Balasakanın adı var. Kür və Araz çaylarının qovuşduğu əraziləri Balasakan, bəzən Paytakaran adlandırırdılar.

 

Bundan başqa, mənbələrdə Bilgan, Bilaqan, Piləqan adları da yer alır. Bunların içərisində ən uyğunu Piləqandır. Altay dillərində olan “pilə” (düzən açıq yer) və “qan” (məkan) sozlərinin birləşməsindən yaranıb —  “düzənlik yer, çöl” mənasını verir.

 

Digər mənbəyə görə, IX-XII əsrlərdə Böyük ipək yolunun şimal-cənub xətti (Dərbənd Ərdəbil yolu) qədim Beyləqandan keçirdi. Beyləqan tacirləri bu yol vasitəsiilə Çin, Hindistan, İran, Bizans, Gürcüstan və başqa ölkələrlə ticarət əlaqəsi qurublar.

Xalq arasında əsas ticarət yolu “bel yolu” adlanırdı. Bu, həm də karvanın belində aparılan ticari mallara da işarə olduğu üçün bu cür adlanırdı. “Qan”  yaxud “Kan” isə yuxarıda qeyd etdiyimiz kimi “yer, məkan” mənasına gəlir.

Qeyd edək ki, Beyləqan 1939-cu ildən Jdanov (sovet inqilabçısı) adlandırılıb.  1989-cu ildən isə yenidən tarixi adına qovuşub.  

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya mediası İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb - FOTO

Dünya mediası İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb - FOTO

Şahbuzun bəzi hissələrində işıq OLMAYACAQ

Şahbuzun bəzi hissələrində işıq OLMAYACAQ

Şamil Əliyev yüksək vəzifəyə təyin olundu – FOTO

Şamil Əliyev yüksək vəzifəyə təyin olundu – FOTO

Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

Lənkəranda GÜCLÜ YANĞIN – Evlər təhlükə altında – FOTO

Lənkəranda GÜCLÜ YANĞIN – Evlər təhlükə altında – FOTO

Qaynadılmış yumurtanı soyuq suya salmaq lazımdırmı?

Qaynadılmış yumurtanı soyuq suya salmaq lazımdırmı?

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda göndərildi – FOTO/VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda göndərildi – FOTO/VİDEO

DİQQƏT! Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Kənd Təsərrüfatı Nazirliyi də Samuxdakı hadisə ilə bağlı MƏLUMAT YAYDI

Kənd Təsərrüfatı Nazirliyi də Samuxdakı hadisə ilə bağlı MƏLUMAT YAYDI

Ruslan Ələsgərov Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Ruslan Ələsgərov Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Sabirabad, Salyan və Saatlı sakinlərinin NƏZƏRİNƏ!

Sabirabad, Salyan və Saatlı sakinlərinin NƏZƏRİNƏ!

Prezident "Toxumçuluq haqqında" Qanunu təsdiqlədi

Prezident "Toxumçuluq haqqında" Qanunu təsdiqlədi

Serebral iflic olan uşağı avtomobillə vurub, yardımdan imtina etdi – ANBAAN VİDEO

Serebral iflic olan uşağı avtomobillə vurub, yardımdan imtina etdi – ANBAAN VİDEO

Azərbaycanın ən qədim silah anbarının olduğu şəhər: Dəvə belində Bizansa qədər daşınırdı - TOPONİMLƏR

Azərbaycanın ən qədim silah anbarının olduğu şəhər: Dəvə belində Bizansa qədər daşınırdı - TOPONİMLƏR

Bu ilin məzunlarının NƏZƏRİNƏ – Attestat və diplomlarla bağlı YENİLİK

Bu ilin məzunlarının NƏZƏRİNƏ – Attestat və diplomlarla bağlı YENİLİK

Türkiyə gəzinti gəmisində YANĞIN – Sərnişinlər təxliyə edildi – ANBAAN VİDEO

Türkiyə gəzinti gəmisində YANĞIN – Sərnişinlər təxliyə edildi – ANBAAN VİDEO

Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR

Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTO

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTO

Hava kəskin dəyişir: Külək, intensiv yağış, sel... – Nazirlikdən ÇAĞIRIŞ

Hava kəskin dəyişir: Külək, intensiv yağış, sel... – Nazirlikdən ÇAĞIRIŞ

Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır– VİDEO

Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır– VİDEO

Rayonlarda qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Rayonlarda qeyri-sabit hava nə vaxtadək davam edəcək?

SON DƏQİQƏ! Samuxda qarayara xəstəliyinə yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! Samuxda qarayara xəstəliyinə yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

End of content

No more pages to load

RADİO