Maşın alarkən bu tələyə düşməyin — Açıqlama

İkinci əl avtomobil bazarında alıcıların qarşılaşdığı əsas problemlərdən biri avtomobilin yürüş göstəricisinin dəyişdirilməsi, yəni kilometrajın geri çəkilməsidir. Avtomobilin real yürüşünün gizlədilməsi nəqliyyat vasitəsinin texniki vəziyyəti və dəyəri barədə alıcının yanlış qərar verməsinə səbəb ola bilər. Nəticədə alıcı avtomobilin real vəziyyətini bilmədən daha yüksək məbləğ ödəyə və sonradan əlavə təmir xərcləri ilə üzləşə bilər.

Bəs avtomobilin yürüş göstəricisinin geri çəkilməsinin qarşısını almaq üçün hansı nəzarət mexanizmləri tətbiq olunmalıdır? Alıcı avtomobilin real yürüşünü necə yoxlaya bilər və bu məlumatın rəsmi şəkildə təsdiqlənməsi üçün vahid elektron sistemin yaradılması mümkündürmü?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, xaricdən gətirilən avtomobillərin real yürüşünü və tam tarixçəsini öyrənmək alıcılar üçün kifayət qədər çətin məsələdir.

Onun sözlərinə görə, xüsusilə ikinci əl avtomobillərdə yürüş göstəricisinin dəyişdirilməsi halları alıcının avtomobilin real vəziyyəti barədə yanlış təsəvvür formalaşdırmasına səbəb ola bilər:

“Hazırda avtomobilin ban nömrəsini, yəni VIN kodunu müxtəlif elektron platformalarda yoxlamaqla onun qəza keçirib-keçirmədiyi, hansı ölkədə qeydiyyatda olduğu, bəzi texniki göstəriciləri və texniki xidmət tarixçəsi ilə bağlı müəyyən məlumatlar əldə etmək mümkündür.

Lakin bu məlumatlar hər zaman tam və əhatəli olmur.

Avtomobilin əvvəlki sahibinin hansı servisdə texniki xidmət göstərməsi, yürüş göstəricisinin hansı mərhələdə dəyişdirilməsi və ya ölkələr arasında daşınma zamanı hansı müdaxilələrin edilməsi barədə məlumat bazalarda əks olunmaya bilər.

Nəticədə alıcı avtomobili aşağı yürüşlü və yaxşı vəziyyətdə hesab edərək daha yüksək məbləğ ödəyə, sonradan isə avtomobilin əslində daha çox istifadə edildiyini və ya ciddi texniki problemlərinin olduğunu aşkar edə bilər. Bu baxımdan xaricdən gətirilən avtomobillərin satışından əvvəl onların yürüş göstəricilərinin və tarixçəsinin daha şəffaf şəkildə yoxlanılması, alıcıya təqdim olunan məlumatların vahid elektron bazada toplanması və yürüşün saxtalaşdırılmasına qarşı daha effektiv mexanizmlərin tətbiqi vacibdir”, – deyə ekspert fikrini tamamlayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

End of content

No more pages to load

RADİO