“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

Dubay hakimiyyəti turist axınını artırmaq məqsədilə “A Dubai Invite” (“Dubaya dəvət”) adlı yeni təşviq proqramına başlayıb. Proqram BƏƏ vətəndaşlarına və ölkədə yaşayan şəxslərə qohum və dostlarını Dubaya dəvət etdikləri üçün 3 min dirhəmə, yəni təxminən 816 dollara qədər mükafat paketi vəd edir.

Bizim.Media xəbər verir ki, Dubay 2025-ci ildə 19,59 milyon xarici turist qəbul edərək növbəti rekorda imza atmışdı. Lakin mart ayında İranın ABŞ və İsrailin bölgədəki hərəkətlərinə cavab olaraq Dubaya raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsindən sonra turist axını kəskin azalıb.

Raketlərin böyük hissəsi havada zərərsizləşdirilsə də, hücumlar Dubayın tanınmış obyektlərinə də təsir edib.

Beşulduzlu Fairmont The Palm kurortu zərbələrdən zərər çəkib, Jumeirah Burj Al Arab oteli isə hazırda 18 aylıq yenilənmə işləri səbəbindən bağlıdır. Dubayın beynəlxalq hava limanının fəaliyyəti də müəyyən müddətə dayandırılıb.
 

Avropa Xarici Əlaqələr Şurasının Körfəz ölkələri üzrə eksperti Çinçiya Byanko bildirib ki, bu vəziyyət Dubay üçün ciddi zərbədir. Onun sözlərinə görə, şəhərin əsas üstünlüyü bölgənin digər hissələrindən fərqli olaraq təhlükəsiz məkan kimi tanınması olub.


Proqram necə işləyir?

İyul ayında başladılan “A Dubai Invite” proqramı şəxsi tövsiyələr vasitəsilə turistlərin cəlb edilməsini nəzərdə tutur.

18 yaşdan yuxarı və BƏƏ-də yaşayış vəsiqəsi olan şəxslər oktyabrın 31-dək Dubaya səfər etməsi planlaşdırılan üç nəfərə qədər qonağı dəvət edə bilər.

Dəvət olunan şəxslər BƏƏ-də yaşamamalı, qüvvədə olan turist vizasına malik olmalı və ölkəyə hava, dəniz və ya quru yolu ilə gəlməlidirlər.

Proqram çərçivəsində otellərdə pulsuz qalmaq və restoranlarda xüsusi təkliflərdən yararlanmaq mümkündür.

Bundan başqa, Dubay hakimiyyəti yüksək səviyyəli otellər üçün gecəlik otel vergisini, həmçinin otel və restoran hesablarına tətbiq edilən 7 faizlik bələdiyyə rüsumunu ləğv edib.
 

Hazırda Dubayın infrastrukturu tam bərpa olunub, hava limanları və otellər normal fəaliyyət göstərir. Lakin əsas problem turistlərin şəhərin təhlükəsizliyinə dair narahatlığı və yaranmış mənfi imicdir.


Bəzi ölkələr, o cümlədən ABŞ, hələ də vətəndaşlarına BƏƏ-yə səfərlə bağlı ehtiyatlı olmağı tövsiyə edir. Turizm sahəsinin nümayəndələri hesab edirlər ki, hazırda Dubayın qarşısında duran əsas maneə fiziki deyil, psixoloji xarakter daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

End of content

No more pages to load

RADİO