Qubanın Qəçrəş kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, 11 yaşlı Xəyyam Məmmədov Qudyalçayda çimərkən boğularaq ölüb.
Məktəblinin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxazlı, Bizim.Media, Şimal bürosu