Növbədənkənar sessiyanın SONUNCU İCLASI – Hansı məsələlər müzakirə olunacaq?

Milli Məclisin növbədənkənar ssesiyasının sonuncu iclası keçirilir.

Bizim.Media xəbər verir ki, deputatlar sonuncu iclasda gündəlikə daxil edilmiş 26 məsələni müzakirə edəcəklər.

Onlar aşağıdakılardır:

1.“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş).

2. “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Kraudfandinq haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

11. “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

16. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

17. “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

18. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

19. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

20. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

21. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

22. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

24. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

25. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ÇL: “Barselona” Bakıya nə vaxt gələcək? – TƏQVİM

ÇL: “Barselona” Bakıya nə vaxt gələcək? – TƏQVİM

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Bakıda sürücüyə 2 illik qadağa qoyuldu – saxlanıldı

Bakıda sürücüyə 2 illik qadağa qoyuldu – saxlanıldı

Baş Prokurorluq hansı məscidi nəzərdə tutub? - Xəbərdarlığın səbəbi bilindi -  VİDEO

Baş Prokurorluq hansı məscidi nəzərdə tutub? - Xəbərdarlığın səbəbi bilindi - VİDEO

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

Pentaqondan Londona hərbi xərclərlə bağlı təzyiq

Pentaqondan Londona hərbi xərclərlə bağlı təzyiq

O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil

O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil

Xocalıda çadır toyu – FOTO

Xocalıda çadır toyu – FOTO

Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb

Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb

Bakıda açıq ərazidə yanğın başlayıb - VİDEO

Bakıda açıq ərazidə yanğın başlayıb - VİDEO

Türkiyə gəmisinin vurulmasına görə Ukrayna səfiri XİN-ə çağırılıb

Türkiyə gəmisinin vurulmasına görə Ukrayna səfiri XİN-ə çağırılıb

1648-ci gün: Rusiya Ukrayna ordusunun itkilərini açıqladı

1648-ci gün: Rusiya Ukrayna ordusunun itkilərini açıqladı

Narkotik qəbul edib sükan arxasına keçdi - Həbs olundu

Narkotik qəbul edib sükan arxasına keçdi - Həbs olundu

Paşinyan Ərdoğanla görüşəcək

Paşinyan Ərdoğanla görüşəcək

İdarə rəisi işdən azad edildi - FOTO

İdarə rəisi işdən azad edildi - FOTO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı

Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı

Uşaq teatrlarına maraq azalır - Məktəblər nə etməlidir?

Uşaq teatrlarına maraq azalır - Məktəblər nə etməlidir?

Pakistanda polisə silahlı hücum: Beş əməkdaş yaralanıb

Pakistanda polisə silahlı hücum: Beş əməkdaş yaralanıb

İllərdir yaşanan küsülülük bitdi - Foto

İllərdir yaşanan küsülülük bitdi - Foto

Goranboyda yol qəzası - Yaralılar var

Goranboyda yol qəzası - Yaralılar var

Bu tarixlərdə iş olmayacaq - AÇIQLANDI

Bu tarixlərdə iş olmayacaq - AÇIQLANDI

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi – Rəsmi

“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi – Rəsmi

End of content

No more pages to load

RADİO