Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu iş üzrə 5 nəfər - tanınmış idmançı və federasiya rəhbəri Ceyhun Əşrəfov, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov, onlarla əlbir olan Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilib. Onlardan yalnız sonuncu ikisi həbsdə idi.

Prokuror ittiham nitqində dəstə üzvlərinin hər birinin xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 aydan 13 ilə kimi həbs edilmələrini tələb etmişdi.

Amma son iki həftədə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş 4 milyon manatdan bir az artıq ziyanı tam ödəyiblər. Nəticədə Qubat Beybutovla barışıq əldə olunub. Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə olan halda müttəhimlərin azadlıqdan məhrum edilmələri üçün əsas görməyib.
 

Hökmə əsasən, Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Ceyhun Əşrəfov əlavə olaraq dövlət rüsumu ödədiyi üçün onun cinayət işinə xitam verilib (red: C.Əşrəfov barəsində başqa cinayət işi də başlanılıb.


Həmin iş üzrə yaxında məhkəmə başlayacaq). Bu vaxta kimi həbsdə olan Rüstəm Qafarov və Zaur Qurbanov məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.

Plana əsasən, bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb. Həmin pulun bir hissəsi ibtidai və məhkəmə istintaqı vaxtı geri qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib

Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib

Uşaqların ekrana baxma müddəti ilə bağlı yeni araşdırma

Uşaqların ekrana baxma müddəti ilə bağlı yeni araşdırma

Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır

Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır

Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

Alimlər “bu mənim xasiyyətimdir” düşüncəsini şübhə altına alıb - Araşdırma

Alimlər “bu mənim xasiyyətimdir” düşüncəsini şübhə altına alıb - Araşdırma

Məşhur Türkiyə aktrisası nişanlandı - Foto

Məşhur Türkiyə aktrisası nişanlandı - Foto

Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü aşkarlandı

Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü aşkarlandı

Somalidə quldurların ələ keçirdiyi gəmi azad edildi – 14 quldur öldürüldü

Somalidə quldurların ələ keçirdiyi gəmi azad edildi – 14 quldur öldürüldü

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Azər Qəribovun oğlu nişanlandı - Video

Azər Qəribovun oğlu nişanlandı - Video

Gecə 6 saatdan az yatırsınızsa, DİQQƏT! Ürəyiniz üçün ciddi risk var

Gecə 6 saatdan az yatırsınızsa, DİQQƏT! Ürəyiniz üçün ciddi risk var

Tramp CNN-ə sərt sözlər dedi – rəhbərliyə dəyişiklik təklif etdi

Tramp CNN-ə sərt sözlər dedi – rəhbərliyə dəyişiklik təklif etdi

Döyüşdə yaralanan qazi əlillik ala bilmir: Xəstəxana ilə QALMAQAL – VİDEO

Döyüşdə yaralanan qazi əlillik ala bilmir: Xəstəxana ilə QALMAQAL – VİDEO

Xalq artisti Bakıda Rihanna ilə eyni səhnədə - Fotolar

Xalq artisti Bakıda Rihanna ilə eyni səhnədə - Fotolar

Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir

Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir

Pilləkənlə qalxmaq ürək xəstəliklərindən ölüm riskini azalda bilər – araşdırma

Pilləkənlə qalxmaq ürək xəstəliklərindən ölüm riskini azalda bilər – araşdırma

Bakıda obyektdə yanğın baş verib - FOTO

Bakıda obyektdə yanğın baş verib - FOTO

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Heqset prezidentliyə namizəd olacağı barədə xəbəri təkzib edib - FOTO

Heqset prezidentliyə namizəd olacağı barədə xəbəri təkzib edib - FOTO

ABŞ-də atışma baş verib - bir nəfər ölüb, üç nəfər yaralanıb

ABŞ-də atışma baş verib - bir nəfər ölüb, üç nəfər yaralanıb

İnsanlar sevdikləri yeməklərdən niyə imtina edə bilmir? – Səbəb yalnız dad deyil

İnsanlar sevdikləri yeməklərdən niyə imtina edə bilmir? – Səbəb yalnız dad deyil

Zimbabvedə ağır qəza - Avtobus yük maşını ilə toqquşdu, 27 nəfər öldü

Zimbabvedə ağır qəza - Avtobus yük maşını ilə toqquşdu, 27 nəfər öldü

Naxçıvanda 2 avtomobil toqquşdu - yaralılar var

Naxçıvanda 2 avtomobil toqquşdu - yaralılar var

End of content

No more pages to load

RADİO