Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında 5 tondan çox narkotik aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilin yanvar-iyun aylarının yekununa dair məlumatında qeyd olunub.
 

Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4434 cinayət faktı aşkarlanıb.


Onlardan 1091-i narkotik vasitələrin qanunsuz satışı, 3266-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 5 ton 497 kq 378, 1 qram narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 698 kq 482,159 qramını marixuana, 236 kq 893,346 qramını heroin, 104 kq 999,798 qramını tiryək, 240 kq 913,147 qramını həşiş, 124 kq 868,74 qramını digər narkotik vasitələr və 91 kq 220,91 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 24437 ədəd həb metadon, 9444 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan 5 ton 497 kq 378,1 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 166 milyon AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb edilmiş, onlardan 2766-si kişi, 82-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 30 xarici ölkə vətəndaşından ümumilikdə 331 kq 615,242 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.
 

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 90 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 344 kq 610,925 qr və 20 930 ədəd həb metadon narkotik vasitə çıxarılıb.


Ümumilikdə, aşkar edilmiş cinayətlərin 117-si qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 tondan çox narkotik vasitə və psixotrop maddə, eləcə də 4,2 qr güclü təsir edən maddə müsadirə edilib.

1526 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 137 kq 582,1 qr müxtəlif növ narkotik vasitə müsadirə edilib.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-iyun ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 241 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 393 fakt, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 22 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 30 fakt, qrup halında olan cinayətlərin sayı 23 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 22 nəfər azalmıdır,həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 174 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 207 kq 331,302 qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 10 nəfər artıb.

2025-ci ilin yanvar-iyun ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 9 kq 385,487 qr (7%), psixotrop maddələrin çəkisi 5 kq 412,321 qr (5,6%) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 698 kq 482,159 qr-nı (85,4%) marixuana təşkil etmişdir.

Onun da 3 ton 886 kq 043,499 qr qramı (82,7%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 812 kq 438,66 qramı (17,2%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib

Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib

Uşaqların ekrana baxma müddəti ilə bağlı yeni araşdırma

Uşaqların ekrana baxma müddəti ilə bağlı yeni araşdırma

Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır

Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır

Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

Alimlər “bu mənim xasiyyətimdir” düşüncəsini şübhə altına alıb - Araşdırma

Alimlər “bu mənim xasiyyətimdir” düşüncəsini şübhə altına alıb - Araşdırma

Məşhur Türkiyə aktrisası nişanlandı - Foto

Məşhur Türkiyə aktrisası nişanlandı - Foto

Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü aşkarlandı

Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü aşkarlandı

Somalidə quldurların ələ keçirdiyi gəmi azad edildi – 14 quldur öldürüldü

Somalidə quldurların ələ keçirdiyi gəmi azad edildi – 14 quldur öldürüldü

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Azər Qəribovun oğlu nişanlandı - Video

Azər Qəribovun oğlu nişanlandı - Video

Gecə 6 saatdan az yatırsınızsa, DİQQƏT! Ürəyiniz üçün ciddi risk var

Gecə 6 saatdan az yatırsınızsa, DİQQƏT! Ürəyiniz üçün ciddi risk var

Tramp CNN-ə sərt sözlər dedi – rəhbərliyə dəyişiklik təklif etdi

Tramp CNN-ə sərt sözlər dedi – rəhbərliyə dəyişiklik təklif etdi

Döyüşdə yaralanan qazi əlillik ala bilmir: Xəstəxana ilə QALMAQAL – VİDEO

Döyüşdə yaralanan qazi əlillik ala bilmir: Xəstəxana ilə QALMAQAL – VİDEO

Xalq artisti Bakıda Rihanna ilə eyni səhnədə - Fotolar

Xalq artisti Bakıda Rihanna ilə eyni səhnədə - Fotolar

Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir

Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir

Pilləkənlə qalxmaq ürək xəstəliklərindən ölüm riskini azalda bilər – araşdırma

Pilləkənlə qalxmaq ürək xəstəliklərindən ölüm riskini azalda bilər – araşdırma

Bakıda obyektdə yanğın baş verib - FOTO

Bakıda obyektdə yanğın baş verib - FOTO

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Heqset prezidentliyə namizəd olacağı barədə xəbəri təkzib edib - FOTO

Heqset prezidentliyə namizəd olacağı barədə xəbəri təkzib edib - FOTO

ABŞ-də atışma baş verib - bir nəfər ölüb, üç nəfər yaralanıb

ABŞ-də atışma baş verib - bir nəfər ölüb, üç nəfər yaralanıb

İnsanlar sevdikləri yeməklərdən niyə imtina edə bilmir? – Səbəb yalnız dad deyil

İnsanlar sevdikləri yeməklərdən niyə imtina edə bilmir? – Səbəb yalnız dad deyil

Zimbabvedə ağır qəza - Avtobus yük maşını ilə toqquşdu, 27 nəfər öldü

Zimbabvedə ağır qəza - Avtobus yük maşını ilə toqquşdu, 27 nəfər öldü

Naxçıvanda 2 avtomobil toqquşdu - yaralılar var

Naxçıvanda 2 avtomobil toqquşdu - yaralılar var

End of content

No more pages to load

RADİO