Çində manikür sənayesini kökündən dəyişə biləcək yeni bir texnoloji yenilik tətbiq olunub.
Bizim.Media xəbər verir ki, artıq ölkədə cəmi bir neçə dəqiqə ərzində istənilən dizaynda manikür edən xüsusi avtomatlar istifadəyə verilib.
Qeyd edək ki, müştərilər sadəcə istədikləri dizaynı seçməklə qısa müddətdə mükəmməl nəticə əldə edə bilirlər.
Bu avtomatların geniş yayılması ənənəvi manikür ustalarının gələcəkdə iş yerlərini itirməsi ilə bağlı ciddi müzakirələrə səbəb olub.
Bizim.Media