Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Suda boğulma çoxşaxəli bir prosesdir və hər zaman tənəffüs yollarına suyun dolması ilə nəticələnmir.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı xilasedici-təlimatçı Dmitri Mikryukov “Gazeta.ru” nəşrinə suda boğulan şəxsə necə düzgün kömək etmək barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, boğulma həm proses, həm də vəziyyət kimi qiymətləndirilə bilər:

"Məsələn, üzməyi bacarmayan şəxs ayağı altındakı dibi itirdikdə boğulma prosesinə daxil olur. O, refleks olaraq ağzını bağlayır və nəfəsini saxlayır - bu zaman su tənəffüs yollarına daxil olmur, patoloji hal yaranmır. Əgər belə şəxsi vaxtında fərq edib xilas etsələr, bədbəxt hadisənin qarşısı alınır. Yəni boğulma təhlükəsi yaşasa da, şəxs əslində boğulmur".

Yardım göstərərkən bu iki vəziyyət arasındakı fərqi anlamaq çox vacibdir. Ekspert qeyd edib ki, su tənəffüs yollarına daxil olduqda, boğulan şəxsdə instinktiv reaksiya inkişaf edir:

"O, özünü idarə edə bilmir, xilasedicidən yapışır və onu da özü ilə bərabər batıra bilər. Bu, şüurlu nəzarətə tabe olmayan affektiv davranış formasıdır".
 

Zərərçəkənə yalnız xilasedici vasitələrin (jilet, xilasedici dairə) və ya əlaltı əşyaların köməyi ilə yardım edilməlidir. Əsas məqsəd birbaşa fiziki təmasa girmədən boğulan şəxsə onu suyun üzərində saxlayacaq bir əşya uzatmaqdır. Əgər üzə bilmirsinizsə və ya zərərçəkənə yaxınlaşmaq imkanınız yoxdursa, dərhal kömək edə biləcək insanları səsləyin və təcili yardım xidmətləri ilə əlaqə saxlayın.


"Zərərçəkən hələ nəfəs alırsa və kömək çağırırsa, vəziyyət nisbətən daha az təhlükəlidir. O, özünü ələ ala bilir, komandaları eşidir və xilasedici üçün təhlükə yaratmır. Fiziki təmas zamanı belə insanlar kömək edənlərə zərər vurmur. Lakin şəxsi təhlükəsizlik üçün bu halda belə ehtiyatlı olmaq lazımdır", - deyə xilasedici vurğulayıb.

Batmaq üzrə olan şəxs sahilə çıxarıldıqdan sonra huşsuz vəziyyətdədirsə, lakin nəfəs alırsa, onu yanı üstə çevirin və təcili yardım gələnə qədər vəziyyətinə nəzarət edin. Bu addım dilin qatlanmasının və qusuntu kütləsinin tənəffüs yollarına düşməsinin qarşısını alacaq.

"Nəfəs və huş yoxdursa, dərhal ürək-ağciyər reanimasiyasına başlayın. Suyu tənəffüs yollarından çıxarmağa çalışaraq vaxt itirməyin. Bu, mənasızdır. İlk növbədə reanimasiya tədbirləri görülməlidir, su isə ya özü çıxacaq, ya da həkimlər tərəfindən xaric ediləcək", - deyə ekspert fikrini yekunlaşdırıb. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşünü izləyiblər

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşünü izləyiblər

Putin ŞƏT sammitində Paşinyana Moskvanın mövqeyini bir daha açıqlayacaq

Putin ŞƏT sammitində Paşinyana Moskvanın mövqeyini bir daha açıqlayacaq

Peskov: “Biz ermənilərdən daha çox erməni ola bilmərik” - VİDEO

Peskov: “Biz ermənilərdən daha çox erməni ola bilmərik” - VİDEO

Putin Bişkekdə Ərdoğanla görüşəcək

Putin Bişkekdə Ərdoğanla görüşəcək

Arda Güler qol vurdu, "Real" darmadağınla liderliyini qorudu - VİDEO

Arda Güler qol vurdu, "Real" darmadağınla liderliyini qorudu - VİDEO

Bərə qəzası ilə bağlı kapitan və 7 nəfər həbs olundu

Bərə qəzası ilə bağlı kapitan və 7 nəfər həbs olundu

Kürdəmirdə qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO

Kürdəmirdə qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO

Şimali Kipr sahillərində batan bərənin ilk VİDEOSU

Şimali Kipr sahillərində batan bərənin ilk VİDEOSU

Tanınmış həkim vəfat etdi - FOTO

Tanınmış həkim vəfat etdi - FOTO

Peskov Putin, Tramp və Zelenskinin mümkün görüşündən danışdı - VİDEO

Peskov Putin, Tramp və Zelenskinin mümkün görüşündən danışdı - VİDEO

Belqoroda zərbə endirildi: Xəsarət alanlar var – FOTO/VİDEO

Belqoroda zərbə endirildi: Xəsarət alanlar var – FOTO/VİDEO

Zelenski: Rusiya 4 gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb – VİDEO

Zelenski: Rusiya 4 gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb – VİDEO

Ekipajsız qayıq Türkiyənin Samsun vilayətinin sahilinə çıxdı - VİDEO

Ekipajsız qayıq Türkiyənin Samsun vilayətinin sahilinə çıxdı - VİDEO

Tramp: Kanada şirkətləri kütləvi şəkildə bizneslərini ABŞ-a köçürür - FOTO

Tramp: Kanada şirkətləri kütləvi şəkildə bizneslərini ABŞ-a köçürür - FOTO

Şimali Kiprdə ölənlərin sayı artdı

Şimali Kiprdə ölənlərin sayı artdı

Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü

Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü

"Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub etdi - VİDEO

"Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub etdi - VİDEO

Dünyada ayı həyəcanı, Azərbaycanda isə SƏSSİZLİK - Erkən “qış yuxusu”na gediblər?

Dünyada ayı həyəcanı, Azərbaycanda isə SƏSSİZLİK - Erkən “qış yuxusu”na gediblər?

Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib

Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib

Bakıda köhnə liftlər nə vaxt dəyişdiriləcək?

Bakıda köhnə liftlər nə vaxt dəyişdiriləcək?

XƏBƏRDARLIQ: Bəzi yerlərdə leysan olacaq

XƏBƏRDARLIQ: Bəzi yerlərdə leysan olacaq

Kiprdə bərə faciəsinin TƏFƏRRÜATI: Kapitan sərnişinləri qoyub qaçıb

Kiprdə bərə faciəsinin TƏFƏRRÜATI: Kapitan sərnişinləri qoyub qaçıb

End of content

No more pages to load

RADİO