Mülki PUA-lara nəzarət OLACAQ

Mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət olacaq, yoxlamalar aparılacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 

Layihəyə əsasən, PUA-rın istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçiriləcək.


Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.

Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.

Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir.

Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi tərəfindən icazə verilir.

Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir.

Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə avtonom pilotsuz uçuş aparatının əməliyyatları pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə həyata keçirilir.

Mərkəz icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

- düzgün olmayan məlumatlar və sənədlər təqdim olunduqda;

- hava şəraiti ilə əlaqədar icazə verilməsi mümkün olmadıqda;

- coğrafi zonalarda uçuş əməliyyatlarına məhdudiyyət qoyulduqda.
 

Layihəyə əsasən, bu qanunda müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.


Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) avtonom pilotsuz uçuş aparatının istismarçısı sertifikatını və əməliyyat icazəsini əldə etmiş həmin pilotsuz uçuş aparatının istismarçıları tərəfindən qanunun tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.

Avtonom pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Çin casusu NATO-da çalışıb?

Çin casusu NATO-da çalışıb?

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

End of content

No more pages to load

RADİO