ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 9–10 iyul 2026-cı il tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən “QS Africa Forum 2026”da iştirak edir. Forumda ADNSU-nu rektorun reytinqlər üzrə müşaviri Ülviyyə Abbasova, İctimai əlaqələr və marketinq şöbəsinin rəhbəri Xülya Sabirli və Reytinqlər şöbəsinin baş mütəxəssisi Çingiz Qarayev təmsil edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Ali təhsilin gələcəyi, universitetlərin qlobal reytinqlərdə inkişafı, dayanıqlı inkişaf, məşğulluq, beynəlxalq əməkdaşlıq, tədqiqat və innovasiya kimi aktual mövzuların müzakirə olunduğu forum Afrika regionu ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, ali təhsil ekspertlərini, sənaye nümayəndələrini və qərarverici şəxsləri bir araya gətirir. Təxminən 200-ə yaxın iştirakçının qatıldığı tədbir universitetlər üçün beynəlxalq təcrübə mübadiləsi, yeni tərəfdaşlıqların qurulması və ali təhsildə müasir çağırışların müzakirəsi baxımından mühüm platforma rolunu oynayır.
 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti forumda Azərbaycanı təmsil edən yeganə universitetdir. Bu iştirak ADNSU-nun beynəlxalq ali təhsil məkanında mövqeyinin gücləndirilməsi, qlobal akademik şəbəkələrlə əlaqələrinin genişləndirilməsi və universitetin beynəlxalq reytinqlər istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin davamı kimi xüsusi əhəmiyyət daşıyır.


Universitet nümayəndələri tədbir çərçivəsində keçirilən sərgidə iştirakçılara ADNSU-nun təhsil proqramları, elmi-tədqiqat imkanları, beynəlxalq əməkdaşlıq istiqamətləri, sənaye ilə əlaqələri və qlobal reytinqlərdə əldə etdiyi nəticələr barədə məlumat verirlər.

Tədbir müddətində ADNSU nümayəndə heyəti müxtəlif ölkələrdən olan universitet və təşkilat nümayəndələri ilə görüşlər keçirir, mümkün əməkdaşlıq perspektivlərini müzakirə edir. Görüşlər zamanı tələbə və akademik mobillik, birgə tədqiqat layihələri, beynəlxalq şəbəkələrdə iştirak, dayanıqlı inkişaf təşəbbüsləri, universitet-sənaye əməkdaşlığı və qlobal reytinqlərdə mövqelərin daha da gücləndirilməsi kimi istiqamətlər diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, “QS Africa Forum 2026”nın əsas müzakirə istiqamətləri müasir ali təhsilin qarşısında duran mühüm çağırışlarla səsləşir. Forumda universitetlərin yalnız bilik verən akademik qurumlar kimi deyil, həm də əmək bazarının tələblərinə cavab verən, innovasiya yaradan, dayanıqlı inkişafı dəstəkləyən və beynəlxalq əməkdaşlıq vasitəsilə qlobal problemlərin həllinə töhfə verən institutlar kimi rolu xüsusi vurğulanır.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə evdən 43 yaşlı kişinin meyiti TAPILDI

Şəmkirdə evdən 43 yaşlı kişinin meyiti TAPILDI

Müəllimlərin NƏZƏRİNƏ: Təkrar sertifikasiya başlayır, maaşlar artırılacaq

Müəllimlərin NƏZƏRİNƏ: Təkrar sertifikasiya başlayır, maaşlar artırılacaq

Tehranda ZƏLZƏLƏ oldu

Tehranda ZƏLZƏLƏ oldu

Nepalda daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri ÖTDÜ

Nepalda daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri ÖTDÜ

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Yuxuya getməyi asanlaşdıran içkilər: Həkimdən TÖVSİYƏ

Yuxuya getməyi asanlaşdıran içkilər: Həkimdən TÖVSİYƏ

Saat 10:00-dan 13:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 13:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi – FOTO

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi – FOTO

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi - VİDEO

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi - VİDEO

11 illik hökm ləğv edildi - "qanuni oğru"ya bəraət verildi

11 illik hökm ləğv edildi - "qanuni oğru"ya bəraət verildi

Qadınların kişiləri sürətlə əvəz etdiyi PEŞƏ - Uşaqlar da gələcəklərinə onlara baxıb QƏRAR VERİRLƏR

Qadınların kişiləri sürətlə əvəz etdiyi PEŞƏ - Uşaqlar da gələcəklərinə onlara baxıb QƏRAR VERİRLƏR

Sentyabrda bu bürcləri xoş xəbər gözləyir

Sentyabrda bu bürcləri xoş xəbər gözləyir

“Bütün yayı qocalarla parkda nərd oynadım” – 87 yaşlı Xalq artisti

“Bütün yayı qocalarla parkda nərd oynadım” – 87 yaşlı Xalq artisti

Rəşad Sadıqov: "Qurbanov 1 oyun uduzdu millidən göndərildi, indi də…"

Rəşad Sadıqov: "Qurbanov 1 oyun uduzdu millidən göndərildi, indi də…"

4 keçi bir adanı məhv etdi

4 keçi bir adanı məhv etdi

Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ

Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ

656 bal topladı, paytaxt əvəzinə bölgə universitetini seçdi

656 bal topladı, paytaxt əvəzinə bölgə universitetini seçdi

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Qırğızıstana gedirlər – VİDEO

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Qırğızıstana gedirlər – VİDEO

Yaxın Şərqdə savaş yenidən ALOVLANDI – ABŞ və İrandan qarşılıqlı hücumlar – VİDEO

Yaxın Şərqdə savaş yenidən ALOVLANDI – ABŞ və İrandan qarşılıqlı hücumlar – VİDEO

Birinci sinfin şagirdlərinə ev tapşırıqları verilməməlidir - TƏKLİF

Birinci sinfin şagirdlərinə ev tapşırıqları verilməməlidir - TƏKLİF

NASA 2 milyard qalaktika haqqında məlumat toplayacaq teleskopu kosmosa göndərdi

NASA 2 milyard qalaktika haqqında məlumat toplayacaq teleskopu kosmosa göndərdi

Avropada qaz böhranı: Anbarlar son 13 ilin ən aşağı səviyyəsindədir

Avropada qaz böhranı: Anbarlar son 13 ilin ən aşağı səviyyəsindədir

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

End of content

No more pages to load

RADİO