Ağdamda minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər xəsarət alıb.
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, qəza hadisəsi Bərdə–Ağdam avtomobil yolunun rayonun Uzundərə adlanan ərazisindən keçən hissəsində qeydə alınıb:
Belə ki, hərəkətdə olan "Toyota" markalı minik avtomobili "Mercedes" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media