Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə müsbət dinamika müşahidə olunur.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 1,16% bahalaşaraq 78 721,07 ABŞ dollarına yüksəlib.
“Ethereum” 2,10% artaraq 2 474,89 dollara, BNB 1,13% bahalaşaraq 693,81 dollara, “Solana” isə 1,74% yüksələrək 103,88 dollara çatıb.
Digər kriptovalyutalardan “Zcash” son sutkada 4,81% bahalaşaraq 859,01 dollara, “Monero” 2,67% artaraq 516,71 dollara, “Bitcoin Cash” 1,55% yüksələrək 248,10 dollara, “Bittensor” isə 1,38% bahalaşaraq 231,07 dollara çatıb.
Bizim.Media