Qırğızıstanın paytaxtı Bişkek şəhəri tarixində dördüncü dəfə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə ev sahibliyi edir.
Bizim.Media xəbər verir ki, şəhər bundan əvvəl də üç dəfə bu nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edib.
2007-ci il: İlk dəfə Bişkəkdə keçirilən sammitə Qürbənbəy Bakıyev sədrlik edib. Tədbirdə Qırğızıstan da daxil olmaqla 11 ölkənin rəhbər və nümayəndələri iştirak ediblər.
2013-cü il: İkinci sammit Almazbək Atambayevin sədrliyi ilə baş tutub və ümumilikdə 10 ölkə təmsil olunub.
2019-cu il: Üçüncü dəfə Sooronbay Jeenbekovun sədrliyi ilə keçirilən sammitə Qırğızıstan rəhbəri də daxil olmaqla 12 prezident qatılıb.
Qeyd edək ki, bu tədbirlərdə yalnız ŞƏT-ə üzv dövlətlərin liderləri deyil, həm də müşahidəçilər və dialoq tərəfdaşları iştirak edirlər.
Cari ildə Bişkəkdə keçirilən görüşə 10 lider gəlib, "ŞƏT plyus" formatındakı sammitdə isə daha geniş nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
Bizim.Media