Valideynlərini ziyarət etməyə gəldi, kənd sakinlərinin evini taladı

Biləsuvarda bir neçə yaşayış evindən oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Bizim.Media xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs 2025-2026-cı illər ərzində Biləsuvar rayonunun Zəhmətabad və Bağbanlar kəndlərində yerləşən fərdi yaşayış evlərinə müxtəlif vaxtlarda qanunsuz daxil olaraq silsilə oğurluqlar törədib.

İttihama əsasən, o, gecə saatlarında hasardan aşaraq evlərin həyətinə keçib, pəncərələri dəmir parçası ilə açaraq yaşayış sahələrinə daxil olub.

Cinayət əməli üzrə zərərçəkmişlərə ümumilikdə minlərlə manat məbləğində maddi ziyan dəyib. Talanan əşyalar arasında 585 əyarlı qızıl boyunbağı və üzük, 1 100 manat nağd pul, elektrik naqilləri, "BT-2500" markalı kondisioner, samovar, eləcə də müxtəlif yuyucu vasitələr olub.
 

Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək bildirib ki, boşandıqdan sonra maddi vəziyyəti ağırlaşıb. Onun sözlərinə görə, himayəsində iki azyaşlı övladı var və hər ay onlar üçün aliment ödəyir. Daimi iş yeri olmadığını, yalnız günəmuzd fəhlə kimi çalışdığını deyən təqsirləndirilən şəxs maddi çətinliklər səbəbindən oğurluq etmək qərarına gəldiyini bildirib.


O qeyd edib ki, Biləsuvar rayonunda yaşayan valideynlərini ziyarət etmək üçün tez-tez rayona gəlib və həmin vaxtlarda oğurluq hadisələrini törədib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) və 177.2.3-cü (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmə) maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilib. Hökmə əsasən, onun barəsində 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bişkek şəhərində ŞƏT-in neçə sammiti keçirilib?

Bişkek şəhərində ŞƏT-in neçə sammiti keçirilib?

Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş KEÇİRİLDİ - FOTO

Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş KEÇİRİLDİ - FOTO

Rusiya ordusu Kiyevə zərbə endirdi: 3 ölü, 5 yaralı var - VİDEO

Rusiya ordusu Kiyevə zərbə endirdi: 3 ölü, 5 yaralı var - VİDEO

Yumurtanı dondurucuya belə qoyun: Bir il xarab olmur!

Yumurtanı dondurucuya belə qoyun: Bir il xarab olmur!

Dünyada sahili olmayan yeganə dəniz

Dünyada sahili olmayan yeganə dəniz

Deputatlar payız sessiyasında hansı təkliflərlə çıxış edəcəklər? – SORĞU

Deputatlar payız sessiyasında hansı təkliflərlə çıxış edəcəklər? – SORĞU

Okeana 62 ton soda tökdülər

Okeana 62 ton soda tökdülər

Bişkekdə xarici jurnalistlərə milli içkilər təqdim olundu – VİDEO

Bişkekdə xarici jurnalistlərə milli içkilər təqdim olundu – VİDEO

İlham Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər – VİDEO

İlham Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər – VİDEO

“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşdı

“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşdı

Seçkidə qalib gəlsə, hicab taxanları cərimələyəcəklər

Seçkidə qalib gəlsə, hicab taxanları cərimələyəcəklər

Sadır Japarov: "ŞƏT ölkələrində planet əhalisinin təxminən 40 faizi yaşayır" - VİDEO

Sadır Japarov: "ŞƏT ölkələrində planet əhalisinin təxminən 40 faizi yaşayır" - VİDEO

Azərbaycan media nümayəndələri ŞƏT sammitində – VİDEO

Azərbaycan media nümayəndələri ŞƏT sammitində – VİDEO

“Aşk-ı Memnu”nun Azərbaycan cəmiyyətinin başına açdığı OYUN

“Aşk-ı Memnu”nun Azərbaycan cəmiyyətinin başına açdığı OYUN

ŞƏT liderlərinin Bişkəkə gəldiyi təyyarələr – SİYAHI

ŞƏT liderlərinin Bişkəkə gəldiyi təyyarələr – SİYAHI

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - VİDEO

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - VİDEO

Putin Ukraynanın iri şəhərlərini "ölü şəhərlərə" çevirməyi əmr edib

Putin Ukraynanın iri şəhərlərini "ölü şəhərlərə" çevirməyi əmr edib

Neftin qiyməti 91 dolları ötdü

Neftin qiyməti 91 dolları ötdü

Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

Daha 117 ailə Ağdam şəhərinə yola salındı

Daha 117 ailə Ağdam şəhərinə yola salındı

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

End of content

No more pages to load

RADİO