Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib – FOTO

Sumqayıt şəhərində yerləşən “Liman Klinikası” qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, məhkəmə belə qərar qəbul edib.

İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə “Liman Klinikası”nda cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb.

Sonradan rayon prokurorluğunda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu aparıldığını təsdiq edib.

Fotoda: Əfqan Ağagülov


İddiaçının vəkili Anar Məmişov ekspert rəyini də məhkəməyə təqdim edib. Bundan əlavə, vəkil əməliyyatdan sonra çəkilən xərcləri də sadalayıb. İddiaçı tərəf dəymiş zərərin əvəzi kimi konkret olaraq “Liman Klinikası”ndan və cərrah Əfqan Ağagülovdan 40 min manat maddi, 10 min manat mənəvi təzminat tələb edib.

Cavabdehlər isə təzminat tələbi ilə razılaşmayıb. Əfqan Ağagülovun sözlərinə görə, iddiaçı əməliyyatdan sonra düzgün müalicə olunmayıb, dərmanları qəbul etməyib. Bu səbəbdən də sonradan gözündə qüsur ortaya çıxıb.

Sumqayıt Şəhər Məhkəməsi yekunda iddia ərizəsini qismən təmin edib.

Qərara əsasən, “Liman Qrup” MMC iddiaçıya maddi zərərə görə 28 574 manat, mənəvi zərərə görə isə 3 000 manat ödəməlidir. Həkim Əfqan Ağagülova qarşı iddia isə təmin edilməyib. Məhkəmə qeyd edib ki, həkim klinikanın işçisi olduğundan vurulmuş zərərə görə məsuliyyəti işəgötürən daşıyır.

Bu qərar apellyasiya və ali instansiya məhkəmələrində təsdiqlənib.

Qeyd edək ki, sözügedən şikayətlə bağlı “Qafqazinfo”ya zərərçəkənin qızı Ramilə Məmmədova 2 il əvvəl müraciət etmişdi. 54 yaşlı anasının II qrup əlil olduğunu vurğulayan övladı onun 35 ildən çox bağça müəllimi kimi fəaliyyət göstərdiyini qeyd etmişdi. Şikayətçi əməliyyatdan sonra yaranan problemlə bağlı həkimə müraciət etdiklərində onlara “gözləyin, düzələcək” cavabının verildiyini əlavə etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1,4 milyon dollara tərk edilmiş qəsəbə aldı, 6 ildir orada tək yaşayır

1,4 milyon dollara tərk edilmiş qəsəbə aldı, 6 ildir orada tək yaşayır

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? – FOTO

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? – FOTO

Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirildi

Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirildi

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı AÇIQLANDI

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı AÇIQLANDI

Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO

Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO

ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib etdi – VİDEO

Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib etdi – VİDEO

Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

Baldızının toyuna yox, tətilə getdi, tənqid olundu -Fotolar

Baldızının toyuna yox, tətilə getdi, tənqid olundu -Fotolar

Salyan qəzasında xəsarət alanların SON durumu

Salyan qəzasında xəsarət alanların SON durumu

Qızı Lalə Azərtaşı sevindirdi

Qızı Lalə Azərtaşı sevindirdi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU

Putin: “Ukrayna münaqişəsinin həlli üçün şans var” – VİDEO

Putin: “Ukrayna münaqişəsinin həlli üçün şans var” – VİDEO

Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” - FOTO

Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” - FOTO

Mərkəzi Bank iki şirkəti CƏRİMƏLƏDİ

Mərkəzi Bank iki şirkəti CƏRİMƏLƏDİ

Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?

Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?

Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM - FOTO

Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM - FOTO

Yaxın 2 gündə hava necə olacaq?

Yaxın 2 gündə hava necə olacaq?

End of content

No more pages to load

RADİO