Leyla Əliyeva Yevlaxda daha bir açılışda – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərində yeni yaradılmış Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva Mərkəzin ərazisində yaradılmış şəraitlə tanış olub, sahibsiz heyvanların qəbulu, müayinəsi, müalicəsi, peyvəndlənməsi, sterilizasiyası və reabilitasiyası üçün nəzərdə tutulan müvafiq sahələrə baxış keçirib.
 

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış regional bölmənin əsas məqsədi sahibsiz heyvanlara qayğının göstərilməsi, sanitar-epidemioloji sabitliyin təmin olunması, heyvanların uçotunun aparılması, müayinə və müalicəsinin təşkili, eləcə də profilaktik və digər baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsidir.


Ümumi ərazisi 2,5 hektar olan kompleksdə müasir avadanlıqla təchiz olunmuş klinika binası, heyvanların müşahidə və müalicəsi üçün xüsusi bölmələr, inzibati və yardımçı binalar, o cümlədən karantin binası inşa edilib.

Qeyd edək ki, Yevlaxda yaradılmış yeni mərkəz Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nin regional bölməsi kimi fəaliyyət göstərəcək. Sahibsiz heyvanlarla bağlı regionlardakı mövcud vəziyyətin təhlili bu istiqamətdə görülən tədbirlərin ölkənin digər şəhər və rayonlarını da əhatə etməsinin zəruriliyini göstərib.

Yeni bölmənin Yevlaxda yaradılması şəhərin əlverişli coğrafi mövqeyi və müxtəlif regionları birləşdirən əsas nəqliyyat yollarının qovşağında yerləşməsi nəzərə alınmaqla müəyyənləşdirilib.

Regional bölmə ətraf şəhər və rayonlarda sahibsiz heyvanlarla bağlı müraciətlərə daha operativ reaksiya verilməsinə imkan yaradacaq.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

Bakının 111 küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

Bakının 111 küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

14 yaşlı məktəblidən fermerlərə dəstək:“KendMart” layihəsi nədir? - FOTO

14 yaşlı məktəblidən fermerlərə dəstək:“KendMart” layihəsi nədir? - FOTO

Ermənistan vətəndaşı ABŞ-da həbs edildi - Rusiyaya mal ixrac edirmiş

Ermənistan vətəndaşı ABŞ-da həbs edildi - Rusiyaya mal ixrac edirmiş

Zaqatalalı gənc Xocavənddə faciəli şəkildə öldü

Zaqatalalı gənc Xocavənddə faciəli şəkildə öldü

Rusiyalı general güllələndi: Vəziyyəti kritikdir

Rusiyalı general güllələndi: Vəziyyəti kritikdir

Ümumi cərrah adı ilə plastik əməliyyat EDƏNLƏR - Hər həkim bunu edə bilər? – Nazirlikdən CAVAB

Ümumi cərrah adı ilə plastik əməliyyat EDƏNLƏR - Hər həkim bunu edə bilər? – Nazirlikdən CAVAB

Rusiyada hava limanları bağlanır - Bakı reysləri təxirə salınır

Rusiyada hava limanları bağlanır - Bakı reysləri təxirə salınır

Paşinyandan Rusiya vətəndaşlarına tətbiq ediləcək vizalarla bağlı iddialara REAKSİYA

Paşinyandan Rusiya vətəndaşlarına tətbiq ediləcək vizalarla bağlı iddialara REAKSİYA

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

Moskva vilayətində İNSANLAR TƏLAŞDA - Dronlar yaşayış binalarına dəydi - FOTO

Moskva vilayətində İNSANLAR TƏLAŞDA - Dronlar yaşayış binalarına dəydi - FOTO

Gömrükdə malların saxlanma müddəti ilə bağlı YENİLİK

Gömrükdə malların saxlanma müddəti ilə bağlı YENİLİK

İrəvanda erməni-türk biznes-forumu keçirilir

İrəvanda erməni-türk biznes-forumu keçirilir

Lavrov Lyayeni "Fürer Ursula" adlandırdı – VİDEO

Lavrov Lyayeni "Fürer Ursula" adlandırdı – VİDEO

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Ceyhun Bayramov sülh gündəliyini ATƏT Parlament Assambleyasının Prezidenti ilə müzakirə etdi – FOTO

Ceyhun Bayramov sülh gündəliyini ATƏT Parlament Assambleyasının Prezidenti ilə müzakirə etdi – FOTO

Bakıda bu məktəblərdə tədris onlayn olacaq

Bakıda bu məktəblərdə tədris onlayn olacaq

Ermənistanın yeni Konstitusiyasının layihəsi ilin sonunadək dərc olunacaq

Ermənistanın yeni Konstitusiyasının layihəsi ilin sonunadək dərc olunacaq

End of content

No more pages to load

RADİO