Böyük qürur hissi yaşadan hadisə oldu - Rəşad Atakişiyevin xanımı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçilərinin ölümündən sonra təltif edilməsi haqqında Sərəncam imzalayıb. Təltif olunanlar arasında şəhid pilot, polkovnik-leytenant Rəşad Saləddin oğlu Atakişiyev də var.

Belə ki, o, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, “modern.az” şəhidin həyat yoldaşı Könül Hüseynova ilə həmsöhbət olub.

K.Hüseynova bildirib ki, orden xəbəri ailə üçün uzun illər gözlənilən və böyük qürur hissi yaşadan bir hadisə olub.

“Xəbəri eşidəndə sevincimin həddi-hüdudu olmadı. Nə sevincimi ifadə edə bildim, nə də göz yaşlarımı saxlaya bildim. Bilmədim sevinim, bilmədim ağlayım, bilmədim qürurlanım. Rəşad Atakişiyev şəhid olduqdan sonra da həyat yoldaşına, ailəsinə, doğmalarına və övladlarına yalnız fəxarət və qürur yaşadır. Düşünürəm ki, bu, bir qadının, xüsusilə də şəhid xanımının yaşaya biləcəyi ən gözəl hisslərdən biridir”.

Şəhidin xanımı Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib:

“Bu münasibətlə ölkəmizin başçısı, möhtərəm cənab Prezidentə öz adımdan, övladlarımın adından, Rəşadın anası Tatyana xanımın və atası Saləddin müəllimin, eləcə də öz ailəm adından dərin təşəkkürümü bildirirəm. Bu, ailəmizin uzun illərdir gözlədiyi bir an idi. Üstəlik, bu şərəfli qərarın məhz Silahlı Qüvvələr Günündə verilməsi sevincimizi daha da artırdı, qürurumuzu ikiqat etdi”.

Onun sözlərinə görə, bu təltif şəhidin ailəsi üçün həm qürur, həm də təsəlli mənbəyi olub:

“Rəşad sağlığında müxtəlif medallarla təltif olunanda həmin sevinci onunla birlikdə yaşayırdıq. Bu gün isə o, aramızda olmasa da, belə bir yüksək ada layiq görülməsi ürəyimizdəki nisgili bir qədər yüngülləşdirdi, bizə təsəlli oldu. Həqiqətən də, bu xəbər ailəmiz üçün böyük mənəvi dəyər daşıyır”.

K.Hüseynova bildirib ki, həyat yoldaşının adının əbədiləşdirilməsi istiqamətində uzun müddətdir müraciətlər edirlər:

“Mən bununla bağlı cənab Prezidentə də müraciət etmişdim. Ən böyük arzum Rəşadın adının bir küçəyə və məktəbə verilməsi idi. Yaşadığımız Yeni Yasamal qəsəbəsindəki küçə ərazicə kiçik olsa da, məhz həmin küçəyə onun adının verilməsini istəyirdim. Bununla bağlı icra hakimiyyətinə də müraciət etmişdim.

Həmçinin eyni müraciəti Rəşadın valideynləri də etmişdilər. Bu gün Rəşadın ordenə layiq görülməsi artıq onun adının həm yaşadığı küçəyə, həm də məktəbə verilməsi istiqamətində imkan yaradacaq”.

Şəhidin həyat yoldaşı həmçinin qeyd edib ki, bu təltif onların övladları üçün də böyük mənəvi məsuliyyət deməkdir:

“Bu, övladlarımız üçün böyük fəxarət və qürurdur. Onlar artıq Vətənə xidmətlərinə görə ordenlə təltif olunmuş polkovnik-leytenant Rəşad Atakişiyevin övladları kimi həyat yollarında daha məsuliyyətli olmalı, atalarının şərəfli adını daim uca tutmalıdırlar”.

Sonda o, bütün şəhidlərə Allahdan rəhmət diləyib, orden və medallarla təltif olunan şəhid ailələrini təbrik edib.

Qeyd edək ki, Rəşad Atakişiyev 1985-ci ildə Samux rayonunda anadan olub. Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirən pilot Hərbi Hava Qüvvələrinin peşəkar zabitlərindən biri kimi tanınıb.

2019-cu il iyulun 24-də gecə saatlarında keçirilən təlim-məşq uçuşu zamanı onun idarə etdiyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi ilə rabitə qəfil kəsilib və hava gəmisi radarlardan itib. Aparılan genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 19-da təyyarənin qara qutusu, avqustun 20-də isə şəhid pilotun nəşi Xəzər dənizindən tapılıb. Rəşad Atakişiyev avqustun 21-də II Fəxri xiyabanda dəfn edilib.

Xidməti dövründə peşəkarlığı, Vətənə sədaqəti və nümunəvi zabit kimi tanınan Rəşad Atakişiyev əvvəllər də ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunub. Şəhid pilotdan iki oğul övladı yadigar qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

End of content

No more pages to load

RADİO