26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Qusar şəhərində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin Silahlı Qüvvələrinin formalaşdırılması və inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlər bir daha ehtiramla xatırlanıb.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu.