Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Qaraağac–Beşdəli kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, “VAZ-2107” markalı minik avtomobili digər avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü, 1978-ci il təvəllüdlü İbadov Bəyanət Kamil oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (Trend.az)
Bizim.Media