Nazir Sabirabadda kombayn sürdü - Fotolar

Respublikada taxıl biçini davam edir. İyunun 15-də kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda taxıl biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb.

Bizim.Media xəbər verir ki, nazir rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatı – “Fructus-Agro Park” MMC-nin əkin sahələrinə baxış keçirib.
 

Məlumat verilib ki, təsərrüfatın ümumi əkin sahəsi 988 hektardır. Cari təsərrüfat ilində 404 hektar sahədə buğda, 338 hektarda arpa, 65 hektarda lobya, 55 hektarda isə günəbaxan əkilib.


Toxumçuluq istiqamətində fəaliyyət göstərən təsərrüfatda buğdanın “Arsenal”, “Viktoriya”, “Koralina”, “Bərəkətli” və “Əsgəran”, arpanın isə “Ştorm” və “Nuranə” sortları becərilir. Bildirilib ki, təsərrüfatda indiyədək 95 hektar arpa sahəsi biçilib.

Hər hektardan orta hesabla 42 sentner məhsul əldə olunub və ümumilikdə 400 tona yaxın arpa istehsal edilib.

Nazir taxıl biçini aparılan sahəyə baxış keçirib, kombaynı idarə edərək biçin prosesinin gedişini yerində izləyib, texnikaların vəziyyəti ilə maraqlanıb, təsərrüfat nümayəndələri və ətraf sahələrdən olan fermerlərlə söhbət edib.
 

Müzakirələr zamanı taxıl istehsalında məhsuldarlığın artırılması, yüksək reproduksiyalı və yerli şəraitə uyğun toxum sortlarından istifadə, aqrotexniki tədbirlərin optimal müddətlərdə yerinə yetirilməsi, müasir suvarma texnologiyalarının tətbiqi və torpaqların münbitliyinin qorunması məsələlərinə toxunulub.


Məcnun Məmmədov məhsuldarlığın yüksəldilməsi üçün sertifikatlı toxum materiallarından istifadə genişləndirilməli, torpaq və iqlim şəraitinə uyğun sort seçiminə üstünlük verilməli, gübrələmə, suvarma və bitki mühafizəsi tədbirləri elmi əsaslarla həyata keçirilməli olduğunu vurğulayıb. Biçin zamanı məhsul itkilərinin minimuma endirilməsi, kombaynların fasiləsiz fəaliyyətinin təmin olunması və yetişmiş sahələrdə məhsul yığımının qısa müddətdə başa çatdırılması da diqqətdə saxlanılmalı olduğunu qeyd edib.

Fermerlər təsərrüfatda görülən işlər, biçin prosesinin təşkili və qarşıdakı dövrdə məhsuldarlığın artırılması ilə bağlı planları barədə məlumat veriblər. Görüşdə fermerlərin təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində nazir Məcnun Məmmədov jurnalistlərə müsahibə verib.

Nazir müsahibəsində taxıl biçini prosesinin təşkili, kənd təsərrüfatının inkişafı, aqrar sahədə yeni qəbul edilmiş Dövlət Proqramının əhəmiyyəti, proqram çərçivəsində həyata keçirikəcək tədbirlər və yeniliklər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin operativ məlumatına əsasən, iyunun 13-dək respublika üzrə 105 min hektar taxıl sahəsi biçilib, 336,9 min ton məhsul istehsal olunub. Taxıl üzrə orta məhsuldarlıq 32,1 sentner/hektar təşkil edib.

Qeyd olunub ki, cari ildə taxıl üzrə məhsuldarlıq göstəricilərində müsbət dinamika müşahidə edilir.

İyunun 13-dək olan operativ məlumatlara əsasən, respublika üzrə buğdanın orta məhsuldarlığı ötən ilin müvafiq dövründəki 32,9 sentner/hektardan 39,3 sentner/hektara yüksəlib. Beləliklə, buğda üzrə məhsuldarlıq 6,4 sentner/hektar və ya 19,5 faiz artıb. Arpanın orta məhsuldarlığı isə 31,7 sentner/hektardan 31,9 sentner/hektara çataraq 0,2 sentner/hektar və ya 0,6 faiz yüksəlib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO