Bələdçi olmaq istəyənlərin DİQQƏTİNƏ - Sertifikat almağın şərtləri AÇIQLANDI

Bəzi aylarda regionda gedən proseslə bağlı ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olunsa da, ümumilikdə son illərdə turist sayı artıb. Bununla əlaqədar turizm bələdçilərinə də ehtiyac yaranıb.

Turistlərə ölkəmizin tarixi, coğrafiyası, mətbəxi və s. haqqında düzgün, ətraflı məlumat vermək üçün turizm bələdçilərinin lazımi biliklərə sahib olması şərtdir. Həmçinin, onların xarici dil biliyi, psixoloji və fiziki hazırlığı da önəmlidir.

Bəs bu gün turizm bələdçilərinin hazırlığı nə yerdədir? Kimlər turizm bələdçisi ola bilər və onlara sertifikat hansı əsaslarla verilir?

Mövzu barədə Bizim.Media-ya danışan Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Tural Musayev deyib ki, turizm bələdçisi vəsiqəsini almaq üçün müəyyən şərtlər var:

“Sertifikatlaşdırma Azərbaycan Turizm Bürosunun (ATB) nəzdində fəaliyyət göstərən Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanı (TBSO) tərəfindən icra olunur. Biz də orada daha çox təşkilatçı tərəf kimi çıxış edirik. Şərtlər odur ki, şəxsin ən azı18 yaşı olsun. Namizədlər psixoloji və ruhi dispanserdən arayış, turizm bələdçisi kimi təcrübəsini təsdiq edən hər hansı sertifikat və ya tövsiyə məktubu, bu mövzuda kurs keçməsi haqqında sənəd, tərcümeyi-hal və bu kimi məlumatları təqdim  edirlər. Sertifikatlaşma prosesi yekunlaşandıqdan sonra onlarla 3 il müddətində müqavilə bağlanır”.

O bildirib ki, hazırda imtahanın strukturunda dəyişikliklər olduğu üçün turizm bələdçilərinin sertifikatlaşıdırlması müvəqqəti olaraq dayandırılıb. Sədrin sözlərinə görə, struktur dəyişikliyi nəzəri imtahanın şifahi formada keçirilməsi ilə bağlıdır:

“Şifahi imtahan zamanı namizədlər həyəcan keçirdiklərindən, bəzi ölkələrin təcrübələri əsasında yeni model üzərində iş aparılır. Xüsusilə, Türkiyədə tətbiq edilən model Azərbaycan reallıqlarına uyğunlaşdırılaraq nəzəri imtahanın test formasında keçirilməsi nəzərdə tutulur. Suallar yalnız tarixi və coğafi mövzuları əhatə etməyəcək. Buraya ilk tibbi yardım, kəskin qanaxmanın qarşısının alınması kimi praktiki biliklərlə yanaşı, sosial, iqtisadi və siyasi mövzular da daxil ediləcək. Məqsəd test bazasını daha əhatəli və zəngin etməkdir. Həmçinin müsahibə varinatı da əlavə ediləcək”.

Mövzuya münasibət bildirən turizm üzrə ekspert Ceyhun Aşurov saytımıza bildirib ki, turizm bələdçiliyi kritik mövzudur, çünki əcnəbi dildə danışan hər bir adam turizm bələdçisi çalışa bilməz:

“Təəssüf ki, biz bunun nümunələrini görürük. Turizm bələdçisi ölkə haqqında tarixi, coğrafi biliklərə malik olmalı, müəyyən faktları, dövlətçiliyi bilməlidir. Sadəcə, xarici dil bilir deyə tur bələdçisi işləmək doğru deyil. Bəzi universitetlərdə, peşə məktbələrində bu ixtisas var. Məsləhətlidir ki, tur şirkətləri sertifikasiyalı turizm bələdçilərindən istifadə eləsinlər”.

Ekspert bir çox ölkədə bunun qanunla tənzimləndiyini vurğulayıb:

“Yəni sertifikasiyadan keçməyən hər hansı şəxsin tura bələdçilik etməsi qadağan olunur. Bu, doğru addımdır. Əks halda ölkə haqqında təhrif olunmuş, doğru olmayan məlumatlar verilə bilər. Bunun üçün də sertifikasiyadan keçmiş turizm bələdçilərinin bu məlumatları bilməsi və turistə ətraflı məlumat verməsi ölkəyə daha çox fayda verər və turistlərin də məmnuniyyətini artırmış olar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO