WUF13-də Azərbaycan məhsullarına BÖYÜK MARAQ: “Crystal Group” hansı yenilikləri təqdim etdi? – FOTO

“Ən yüksək səviyyədə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) başa çatdı. Forum çərçivəsində keçirilən "Urban Expo" sərgisində çox sayda yerli və xarici şirkətlər, onların nümayəndələri iştirak etdilər. Sərgidə onların istehsal etdiklərini təqdim etmək üçün hər bir şərait yaradılmışdı. Forum və onun daxilində təşkil edilən sərgi həm xarici ölkələrdən gələn çoxsaylı qonaqlar, həm də yerli əhalinin marağını cəlb etdi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Crystal Group of Companies”in İdarə Heyətinin sədri Baxış Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "Urban Expo" sərgisi ilə bağlı danışarkən deyib.

O bildirib ki, sərgidə “Crystal Group of Companies”ə daxil olan bir neçə şirkət öz məhsullarını təqdim edib:

"Sözügedən şirkətlərə “Crystal İnşaat”, “Crystal Mebel”, “Crystal Beton”, “Crystal Qum-çınqıl”, “Crystal Nəqliyyat”, “Crystal Pen” daxildir. Bu şirkətlərdə beton, mebel, qum-çınqıl, nəqliyyat və alüminium qapı-pəncərə istehsal olunur. Bu gün biz müştərilərimizə qeyd olunan xidmətləri təqdim edirik. Forum iştirakçıları əsasən bizim istehsal etdiyimiz mebellər, xüsusilə, klassik mebellərlə maraqlandılar.

Alüminium qapı-pəncərə sistemləri ilə bağlı da bizə bir çox suallar ünvanlandı. Həmçinin, beton istehsalında kimyəvi qatqılar istehsal edən xarici və yerli şirkət nümayəndələri də öz təkliflərini bizə təqdim etdilər".



Baxış Əliyev qeyd edib ki, şirkət işğaldan azad olunmuş torpaqlarda gedən inşaat işlərinə öz töhfəsini verir:

"Şuşada 12 yaşayış binasının tikintisi "Crystal İnşaat" QSC tərəfindən icra olunur. "Crystal Beton” artıq 24 ildir fəaliyyət göstərir, 4 beton zavodumuz Bakı şəhərində, 3-ü isə regionlarda, Zəngilan, Ağdam və Gəncədə yerləşir. Qum-çınqıl karxanası isə Qubada yerləşir. İki beton zavodumuz torpaqlarımız işğaldan azad olunduqdan sonra açılıb”, - deyə o qeyd edib.




Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO