Dünya mediası WUF13-ün yeni şəhərsalma yol xəritəsinin rolundan yazıb - FOTO

Azərbaycan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi mötəbər tədbiri ən yüksək səviyyədə təşkil etməklə, növbəti dəfə mühüm beynəlxalq sınağın öhdəsindən uğurla gəldi.

Bu mötəbər tədbirin uğurla reallaşdırılması ölkəmizin təkcə yüksək təşkilatçılıq bacarığını deyil, həm də qlobal şəhərsalma çağırışlarına, sosial məskunlaşma və urbanizasiya problemlərinə yaradıcı yanaşmasını bütün dünyaya nümayiş etdirdi. Forumun davam etdiyi altı gün ərzində Azərbaycanın elmi-texnoloji yeniliklərə əsaslanan təcrübəsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl zona" layihələri beynəlxalq birliyin xüsusi rəğbətini qazandı.

Bizim.Media xəbər verir ki, forum işini başa çatdırsa da, onun qlobal miqyaslı əks-sədası hələ də davam etməkdədir.

Dünyanın aparıcı media resursları Prezident İlham Əliyevin açılış mərasimindəki konseptual çıxışını, ölkəmizin foruma nümunəvi ev sahibliyini və şəhərsalma sahəsindəki nailiyyətlərini geniş işıqlandıraraq silsilə materiallar yayımlayıb. Beynəlxalq mətbuat WUF13-ü qlobal şəhərsalma gündəmini müəyyən edən ən mühüm intellektual və siyasi platforma, müasir urbanizasiya böhranlarına qarşı "Bakı Çağırışı"nın səsləndiyi strateji məkan kimi xarakterizə edib.
 

Forumda müzakirə olunan iqlim dözümlülüyü, mənzil əlçatanlığı və rəqəmsal transformasiya kimi mövzular bəşəriyyətin gələcək taleyini həll edən aktual məsələlər kimi dünyanın aparıcı xəbər agentliklərinin manşetinə çevrilib. Səsləndirilən innovativ həllər bir daha təsdiqlədi ki, Azərbaycan qlobal problemlərin həllində təkcə ev sahibi deyil, həm də mühüm ideya və strategiya ixracatçısıdır.


WUF13 ilk gündən etibarən Türkiyə mediası tərəfindən böyük maraqla qarşılanıb. Qardaş ölkənin "Anadolu Ajansı", "Haber Global", "TRT Haber", "CNN Türk", "Yeni Şafak", "Milliyet", "Türkiye Gazetesi", "Akşam", "Star" və "İhlas Haber Ajansı" kimi mötəbər media qurumları WUF13-ü region və dünya üçün mühüm platforma kimi təqdim edib.

Materiallarda Bakının urbanizasiya, "ağıllı şəhər", yaşıl enerji, dayanıqlı nəqliyyat və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq müzakirələrin mərkəzinə çevrildiyi vurğulanıb. Türkiyə mediası Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində peşəkarlığını və yüksək logistika imkanlarını da xüsusi qeyd edib.

İranın IRNA, ISNA, "Mehr News", "Tasnim", "Fars News", ILNA, YJC və "Bultan News" kimi aparıcı media orqanları da Bakıdakı forumu inkişaf etməkdə olan ölkələrin şəhərsalma problemlərinin beynəlxalq səviyyədə müzakirəsi üçün mühüm imkan kimi dəyərləndirib.
 

İran nəşrlərində Bakı forumunun regional əməkdaşlıq, davamlı şəhər inkişafı və ekoloji yanaşmalar baxımından əhəmiyyətinə diqqət çəkilib. Məqalələrdə Azərbaycanın "Yaşıl şəhər" konsepsiyası və müasir urbanizasiya təcrübələrinin forumun əsas istiqamətlərindən biri olduğu vurğulanıb.


Pakistan mediası da Foruma ilk gündən geniş yer ayırıb. Dost ölkənin APP Agentliyi, "Radio Pakistan", DND, "The News", "Nation" və "Tribune" nəşrləri forumu urbanizasiya çağırışları və beynəlxalq tərəfdaşlıq baxımından mühüm platforma kimi təqdim edib. Materiallarda Pakistan nümayəndə heyətinin Bakıda şəhər inkişafı strategiyalarını və urbanizasiya layihələrini təqdim etdiyi bildirilib.

Rusiyanın TASS, "RİA Novosti", "İnterfaks" agentlikləri, "Rossiyskaya Gazeta" və "Vestnik Kavkaza" nəşrləri də Bakının beynəlxalq urbanizasiya gündəliyində artan rolunu ön plana çıxarıb. Eyni zamanda vurğulanıb ki, 2024-cü ilin noyabrında COP29-dan sonra indi WUF13-ü keçirməklə Azərbaycan qlobal beynəlxalq tədbirdə ev sahibliyi etmək qabiliyyətini bir daha nümayiş etdirdi. Xəbərlərdə WUF13-ün nəticələrinin yaxın gələcəkdə beynəlxalq şəhər idarəçiliyi standartlarını yenidən formalaşdıracağı bildirilib.

​​​​​​Hindistanın "The Hindu", "Times of India", "Hindustan Times" nəşrləri və ANI Agentliyi WUF13-ü qlobal şəhər inkişafı siyasətinin əsas beynəlxalq platformalarından biri kimi qiymətləndirib. Hindistan mediasında Azərbaycanın tədbiri yüksək səviyyədə təşkil etdiyi, Bakının isə urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığın vacib mərkəzinə çevrildiyi vurğulanıb.

Qazaxıstanın "Kazinform" Agentliyi, "Kazpravda", "24.kz" və "Egemen Qazaqstan" nəşrləri WUF13-ü Mərkəzi Asiya regionu üçün vacib əməkdaşlıq və təcrübə platforması kimi xarakterizə edib.

Özbəkistanın UZA Agentliyi, "Kun.uz", "Gazeta.uz" və "Yuz.uz" nəşrləri də Bakıda keçirilən forumun şəhərlərin dayanıqlı inkişafı və innovativ urbanizasiya modellərinin müzakirəsində mühüm rol oynadığını yazıblar.

Gürcüstanın "Interpressnews", "1TV" və "BM.ge" nəşrləri forumu region ölkələri üçün vacib beynəlxalq platforma kimi qiymətləndiriblər.

Ukraynanın "Ukrinform", "RBC-Ukrayna" və "İnterfaks-Ukrayna" agentlikləri forum çərçivəsində şəhərlərin bərpası, dayanıqlı infrastruktur və rəqəmsal urbanizasiya məsələlərinə diqqət çəkib.

Misirin "Əl-Əhram", "Youm7" və "Al Masry Al Youm" nəşrlərində isə forumun Yaxın Şərq və Afrika regionu üçün əhəmiyyəti vurğulanıb.

Birləşmiş Ərəb Əmirliklərinin WAM Agentliyi, "Al İttihad" və "Emarat Al Youm" qəzetləri, həmçinin Səudiyyə Ərəbistanının SPA Agentliyi, "Ər-Riyad" və "Okaz" nəşrləri Bakının qlobal şəhərsalma gündəliyinin əsas müzakirə məkanlarından birinə çevrildiyini qeyd edib.

Çinin "Sinxua", İndoneziyanın "Antara", Malayziyanın "Bernama", Vyetnamın VNA, ABŞ-nin "Associated Press", Fransanın AFP, Almaniyanın DPA, İtaliyanın ANSA, İspaniyanın EFE agentlikləri, Böyük Britaniyanın BBC platforması, eləcə də Tacikistanın "Xovar", Qırğızıstanın "Kabar", Macarıstanın MTI və Bolqarıstanın BTA agentlikləri də WUF13 barədə geniş materiallar yayımlayıblar.

Beləliklə, beynəlxalq mediada yayımlanan materiallar WUF13-ün müasir urbanizasiya tarixində həlledici dönüş nöqtəsi olduğu vurğulanıb. Dünya mətbuatı Forumun ilk günündən sonunadək Azərbaycanın yaşıl inkişaf, "ağıllı" şəhərlər və inklüziv mənzil siyasəti üzrə təqdim etdiyi innovativ həlləri qlobal gündəmin əsas prioriteti kimi diqqət mərkəzində saxlayıb.

Bu informasiyalar, dünya mediasının bu marağı göstərir ki, Bakı platforması iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrin maraqlarını birləşdirən nadir dialoq mərkəzinə çevrildi, Azərbaycan isə gələcəyin dayanıqlı şəhər modellərini formalaşdıran strateji güc mərkəzi statusunu bir daha təsdiq etdi.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO