103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

“Global South NGO Platform”un təşəbbüsü və təşkilatçılığı ilə WUF13-lə bağlı “Bakı Bəyannaməsi” hazırlanıb.

Bizim.Media xəbər verir ki, sənəd WUF13-də iştirak edən xarici QHT təmsilçilərinə imza üçün açıq olub.

“Bakı Bəyannaməsi”ni 103 ölkədən 569 QHT təmsilçisi imzalayıb.

Sənəddə deyilir:

“Biz - WUF13 çərçivəsində Bakıda toplaşan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri olaraq aşağıdakıları bəyan edirik:

- Azərbaycanı WUF13-ün uğurlu təşkilinə, beynəlxalq şəhər dialoquna və əməkdaşlığa verdiyi mühüm töhfə münasibətilə təbrik edirik. Forumun tarixində ilk dəfə keçirilən Liderlər Sammiti şəhər inkişafını yeni siyasi müstəviyə qaldıraraq, beynəlxalq gündəliyin prioritetləri sırasına daxil etdi;

- dünyanın müxtəlif yerlərində urbisid, kultursid və ekosidin təzahür etdiyi bir dövrdə Azərbaycanın post-münaqişə dövründəki bərpa və yenidənqurma təcrübəsi beynəlxalq ictimaiyyət üçün vacib metodoloji nümunədir. Bu xüsusda biz “Azərbaycan təcrübəsi”nin dünyanın post-münaqişə bölgələrinin yenidən qurulmasında beynəlxalq etalon və bu sahədə forumlarda əsas istinad kimi qəbul olunmasını təklif edirik;

- WUF tarixində ilk dəfə Bakıda keçirilmiş QHT Forumu WUF prosesində vətəndaş cəmiyyətinin iştirakı üçün yeni bir mərhələdir;

- müxtəlif ölkələrdən 1000-dən çox QHT-ni özündə birləşdirən Qlobal Cənub QHT Platformasının (GSNP-nin) ilk Baş Assambleyasının çağırılması və rəhbərliyinin formalaşdırılması qlobal vətəndaş cəmiyyətinin institusional cəmləşməsində tarixi mərhələdir. GSNP şəbəkəsi vasitəsilə qəbul edilən bu Bəyannamə əlçatan mənzil imkanlarını və inklüziv şəhər inkişafını dəstəkləmək naminə qlobal həmrəylik aktı kimi çıxış edir. Biz “UN Habitat”ı bu təşəbbüsü dəstəkləməyə davam etməyə, GSNP-ni WUF-un rəsmi vətəndaş cəmiyyəti tərəfdaşı kimi tanımağa və bu modeli gələcək Forumların daimi komponenti etməyə çağırırıq. Uğurlu şəhər inkişafı təcrübələrini sistemləşdirmək və bölüşmək üçün Qlobal Cənub Şəhərləri üzrə Bilik Mərkəzinin yaradılmasını təklif edirik;

- Bakıdan bütün beynəlxalq tərəfdaşlara üz tutaraq, onları insan mərkəzli şəhər siyasətlərini dəstəkləməyə və şəhər dayanıqlığı, davamlı inkişaf və inklüziv cəmiyyətlər naminə daha əlaqələndirilmiş qlobal fəaliyyət göstərməyə çağırırıq;

- Qarşıdakı WUF sessiyalarının WUF13 təcrübəsinə əsaslanan birgə əməliyyat qaydalarının hazırlanması ilə bağlı Niyyət Məktubundan irəli gələrək, "Bakı Standartı"na uyğun təşkil olunmasını təşviq edirik. 22 may 2026-cı il, Bakı, Azərbaycan.”.

Qeyd edək ki, “Bakı Bəyannaməsi” “Global South NGO Platform”un (GSNP) tərəfdaşlığı və Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı ilə 2026-cı il mayın 19-da WUF tarixində ilk dəfə keçirilmiş “WUF13 NGO Forum”dan 3 gün sonra qəbul edilib. 800-ə yaxın xarici və yerli QHT təmsilçilərinin iştirakı ilə baş tutmuş “WUF13 NGO Forum”dakı müzakirələrdə WUF13-də təmsil olunan yerli və xarici QHT-lərin GSNP-nin Urban qanadını formalaşdırması təklif olunub. “WUF13 NGO Forum”un açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bəyan edib ki, bu Forum WUF üçün tarixi hadisədir.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib “Global South NGO Platform”u fantastik layihə adlandırıb və bu platformanın Bakıda təsis olunmasına görə Azərbaycanı təbrik edib.

“UN-Habitat”ın İdarə Heyətinin sabiq katibi Christian Mensah GSNP-ni WUF13-də yerli və xarici QHT-lər üçün vətəndaş cəmiyyəti habı yaratması münasibətilə təbrik edib. O, bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə “Bandunq prinsipləri” yenidən aktuallıq qazanır və bu tədbir həmin prinsiplərin əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıq müstəvisində tətbiqinin real təzahürüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO