EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib – FOTO

EcoHub – Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "İcmalardan Şəhərlərə Su Dayanıqlılığı: Əlçatanlıq, Səmərəlilik və Davamlılıq" mövzusunda tədbir keçirib.

Bizim.Media xəbər verir ki, WUF Urban Expo sərgisinin QHT Agentliyi Pavilyonunda baş tutan tədbir EcoHub-ın təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı və “The Coca-Cola Company”nin dəstəyi ilə həyata keçirilib.

Tədbirə dövlət qurumlarının, beynəlxalq və yerli şirkətlərin, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri qatılıb. İştirakçılar Azərbaycanda və regionda su dayanıqlılığının gücləndirilməsinə yönəlik praktiki yanaşmaları müzakirə ediblər.
 

Tədbiri açıq elan edən EcoHub-ın sədri Tükəzban Ağababayeva ekoloji çağırışların həllində tərəfdaşlığın əhəmiyyətindən danışıb. O qeyd edib ki, su təhlükəsizliyi artıq yalnız ekoloji məsələ olmayıb, cəmiyyətin bütün sektorlarının fəal iştirakını tələb edən iqtisadi, sosial və inkişaf prioritetinə çevrilib.


"EcoHub olaraq inanırıq ki, heç bir təşkilat bugünkü ekoloji çağırışları tək başına həll edə bilməz. Davamlı etimadı və dəstəyi üçün QHT Agentliyinə, Dövlət Su Ehtiyatları Agentliyinə, Coca-Cola Fonduna və CCİ Azərbaycana minnətdarlığımı bildirirəm," — deyə Tükəzban Ağababayeva çıxışında vurğulayıb.

EcoHub-ın Əməliyyatlar üzrə direktoru Əkbər Mikayılovun moderatorluğu ilə keçirilən panel müzakirəsində “The Coca-Cola Company”nin Avrasiya və Orta Şərq Əməliyyat Bölməsi üzrə Dayanıqlılıq Direktoru Ece Gilava, "Carlsberg Azerbaijan"ın Korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin Suyun təhlükəsizliyi sektorunun müdiri və “AgroElm” MMC-nin təsisçisi Tərlan Cərullazadə çıxış ediblər.

Müzakirə dayanıqlı su təminatı, su istifadəsində səmərəlilik, innovativ suvarma texnologiyaları, korporativ su idarəçiliyi və çoxtərəfli tərəfdaşlığın rolu kimi mövzulara həsr olunub.

The Coca-Cola Company adından çıxış edən Ece Gilava şirkətin qlobal məqsədinin 2035-ci ilə qədər 200-dən çox yüksək riskli məkanın hər birində 100% su bərpa səviyyəsinə çatmaq olduğunu bildirib.
 

"The Coca-Cola Foundation və CCI Azərbaycanın maliyyə dəstəyi ilə Şamaxının Mərzəndiyyə və Şabranın Sincanboyad kəndlərində suya əlçatanlıq layihələri həyata keçirmişik və bu layihələrdən 2,180-dən çox insan faydalanıb. Hazırda Xızı rayonunun Şorabad kəndində oxşar işləri davam etdirməyi nəzərdə tutmuşuq," — deyə E.Gilava qeyd edib.


O həmçinin əlavə edib ki, həqiqi və davamlı təsir biznes, vətəndaş cəmiyyəti, hökumət, yerli icmalar və beynəlxalq tərəfdaşlar arasında birgə fəaliyyət tələb edir və məhz bu səbəbdən WUF kimi platformalar belə dəyərlidir, onlar dialoqu, tərəfdaşlığı və işləyən həll yollarının miqyaslandırılmasını mümkün edir.

Çıxış edənlər iqlim dəyişikliyi, urbanizasiya və əhali artımı kontekstində su təhlükəsizliyinin getdikcə daha kritik prioritetə çevrildiyini, daha dayanıqlı su sistemlərinin qurulması üçün dövlət qurumları, biznes, vətəndaş cəmiyyəti təşkilatları və icmalar arasında əlaqələndirilmiş fəaliyyətin zəruriliyini vurğulayıblar.

Tədbir şəbəkələşmə sessiyası ilə başa çatıb.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

End of content

No more pages to load

RADİO