Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq almalısınız

Təcrübədə müəssisələrdə gecə saatlarında işləyənlər olsa da, onların əməkhaqlarının gündüz işləyənlərdən fərqlənmədiyi hallarına rast gəlinir. Beləliklə, eyni işi yerinə yetirmələri əsas gətirilərək, onlara eyni məbləğdə əməkhaqqı ödənilir. 

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? 

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. 

Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarında deyilir ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. 

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi barədə izahata görə, çoxnövbəli iş rejimi deyildikdə müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti 40 saatlıq iş həftəsində 8 saatdan çox olmayan iş rejimi başa düşülür.

Əmək Məcəlləsinə əsasən, saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır.

Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən, iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

İş vaxtının ən azı yarısı gecə vaxtına düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir. 

Məsələn, fasiləsiz fəaliyyət göstərən müəssisədə işçilər çoxnövbəli iş rejimində çalışırlar. Bu məqsədlə onlarla bağlanılan müqavilədə axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən olunur. Bu halda ilin hər hansı bir ayı ərzində işçi 160 saat işləyib. Bunun 40 saatı axşam, 40 saatı gecə, 80 saatı isə gündüz növbəsində çalışıb.

İşçinin aylıq 1000 manat əməkhaqqı almasını nəzərə alanda, işçinin saatlıq tarif  maaşı 6,25 manat təşkil edəcək.

Axşam növbəsinə görə əlavə haqq: (40x 6,25) 20% = 50 manat

Gecə növbəsində işlərə görə əlavə haqq: (40x6,25) 40% = 100 manat

İşçinin maaşı 1000 + 50 + 100 = 1 150 manat təşkil edəcək. 

Digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının (saat 22-dən sonra) hər saatına görə saatlıq tarif maaşının 20 faizi həddində əlavə haqq verilir.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

End of content

No more pages to load

RADİO