Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib – FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş olub.

Bizim.Media xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qonaqları səmimiyyətlə salamlayaraq, onlara qurumun hazırkı fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı daim prioritet istiqamət olub.
 

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman onların problemlərinin həllinə xüsusi həssaslıq və diqqət göstərib. Dövlət başçısının rəhbərliyi ilə hazırda ölkəmizdə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə Böyük Qayıdış həyata keçirilir.


F.Hüseynov vaxtilə qaçqınlıq və məcburi köçlünlük probleminin həlli ilə bağlı məsələlərdə beynəlxalq təşkilatların Azərbaycana dəstək verdiyini xatırladaraq, IFRC ilə əməkdaşlığın da bu baxımdan əhəmiyyətli olduğunu bildirib. Komitə ilə AzQAC-nın qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq əlaqələrinin isə uğurla davam etdirildiyi vurğulanıb.

Son illərdə Dövlət Komitəsi ilə AzQAC arasında əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr və maarifləndirmə tədbirləri həyata keçirilib.

Bu çərçivədə Bərdə, Füzuli və Sumqayıt şəhərlərində, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və Ağdam rayonunda yerləşən Baharlı qəsəbəsində mina təhlükəsi ilə bağlı tədbirlər təşkil olunub.
 

Bununla yanaşı, Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində “Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış” mövzusunda məcburi köçkünlər üçün təlimlər keçirilib. “Qapı-qapı” və “Məktəb” formatında təşkil olunan sessiyalar zamanı vətəndaşlara mina təhlükəsi, xəbərdaredici nişanlar, təhlükəsiz davranış qaydaları və aidiyyəti dövlət qurumlarına müraciət mexanizmləri barədə ətraflı məlumat verilib.


Təlimlərdə 20 mindən çox məcburi köçkün iştirak edib.

Görüşdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, humanitar və inkişafyönümlü layihələrin icrası sahəsində mühüm nəticələrin əldə edildiyi qeyd olunub.

Qonaqlar göstərilən səmimi münasibətə görə minnətdarlıqlarını ifadə edərək, Dövlət Komitəsi ilə əməkdaşlığın uzunmüddətli və səmərəli xarakter daşıdığını bildiriblər. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri yüksək qiymətləndirilib, gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Səfərbərlik xidmətində 144 nəfərin işi prokurorluğa göndərilib – RƏSMİ

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

End of content

No more pages to load

RADİO