Özəl məhkəmə ekspertlərinin nə vaxt fəaliyyətə başlayacağı AÇIQLANDI

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”sında yer alan istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyətə başlaması və inkişafıdır.

Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyinin məlumatına görə, bu institutun tətbiqi məhkəmə ekspertizası sahəsində alternativliyi təmin edəcək.

Bununla yanaşı, ekspertiza xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, işlərin baxılma müddətinin qısaldılmasına və məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə mühüm töhfə verəcək.

Bildirilib ki, özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması həmçinin rəqabətli mühitin formalaşmasına şərait yaradacaq.
 

Bu isə ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovativ yanaşmaların tətbiqinə, eləcə də beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan verəcək.


Özəl məhkəmə ekspertləri ilə məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərin hüquq və vəzifələri, habelə məsuliyyəti eyni hüquqi çərçivə əsasında müəyyən edilir. Bu yanaşma ekspert rəylərinin obyektivliyinin, qərəzsizliyinin və mötəbərliliyinin təmin olunmasına xidmət edir.

Eyni zamanda, bütün ekspertlər üçün vahid peşə standartlarının tətbiqi ədalət mühakiməsində bərabərliyin qorunmasına və hüquqi təminatların gücləndirilməsinə imkan yaradır.

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər müvafiq ixtisas üzrə ən azı 10 illik iş təcrübəsinə malik olmalı, yaxud fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə və ya xüsusi biliklərini təsdiq edən beynəlxalq səviyyədə tanınmış sənədlərə sahib olmalıdırlar.

Qanuna uyğun olaraq, şəhadətnamə almış şəxslər barədə məlumatlar dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil ediləcək və yalnız bundan sonra onların məhkəmə eksperti kimi fəaliyyəti mümkün olacaq.
 

Fiziki və hüquqi şəxslər, eləcə də onların nümayəndələri qanunvericilikdə müəyyən edilmiş hallarda məhkəmə ekspertizasının aparılması üçün həm məhkəmə ekspertizası idarələrinə, həm də özəl məhkəmə ekspertlərinə müraciət etmək hüququna malikdirlər. Bu zaman ekspertiza xidmətləri tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilir və sifarişçinin vəsaiti hesabına maliyyələşdirilir.


Müqavilə çərçivəsində ekspert bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıdığı barədə məlumatlandırılır və bu hal onun imzası ilə təsdiq edilir.

Bu yanaşma ekspert fəaliyyətində qərəzsizlik, obyektivlik və peşə məsuliyyətinin təmin edilməsinə xidmət edir.

Qeyd edilib ki, Konsepsiyada bu il özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılması nəzərdə tutulur. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

Bakıda restoranda yanğın – VİDEO

Bakıda restoranda yanğın – VİDEO

BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO

BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO

Əli Əsədovdan avtomobillərin duracaq və qarajları haqqında QƏRAR

Əli Əsədovdan avtomobillərin duracaq və qarajları haqqında QƏRAR

“Bitcoin”in qiyməti 86 min dollardan aşağı endi

“Bitcoin”in qiyməti 86 min dollardan aşağı endi

Toyda döyülən şəxs xəstəxanada VƏFAT ETDİ

Toyda döyülən şəxs xəstəxanada VƏFAT ETDİ

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

End of content

No more pages to load

RADİO