Aprelin 6-da çökən və Nabran istiqamətinə aparan yolun bağlanması sürücülər üçün ciddi çətinliklər yaradıb. Xaçmaz Rayon İcra Hakimiyyəti və 4 saylı Xaçmaz Yol İstismar İdarəsi əməkdaşlarının dəstəyi ilə çökmüş hissənin kənarı ilə müvəqqəti alternativ yol istifadəyə verilib.
Alternativ marşrutdan istifadə edən sürücülər bildirirlər ki, artıq 20 gündür bağlı yolun bərpası həyata keçirilməyib və bu vəziyyət onların narahatlığına səbəb olur.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxası, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu