Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşdülər

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) təşəbbüsü ilə 25 və 29 aprel 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək məqsədilə İspaniyanın Lleida şəhərinə yola salınıb. Proqramın məqsədi gənc məzunların peşə hazırlığının gücləndirilməsi və onların beynəlxalq standartlara uyğun ikinci pilot kimi yetişdirilməsidir.
 

Məzunlar Baltik Aviasiya Akademiyasının (“Baltic Aviation Academy”) Lleida şəhərində fəaliyyət göstərən təlim mərkəzində 18 aylıq nəzəri və praktiki hazırlıq proqramına cəlb olunacaqlar. Proqramı uğurla başa vuran gənc pilotlar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (“EASA”) tərəfindən verilən beynəlxalq sertifikat əldə edəcəklər.


Baltik Aviasiya Akademiyası Avropanın aparıcı aviasiya təlim mərkəzlərindən biri kimi pilot hazırlığı sahəsində beynəlxalq səviyyədə tanınır. Müasir tədris metodologiyası, qabaqcıl simulyator texnologiyaları və təcrübəli beynəlxalq təlimçi heyəti ilə seçilən akademiyada təhsil alan məzunlar dünyanın müxtəlif nüfuzlu aviaşirkətlərində pilot kimi fəaliyyət göstərirlər.

Təlim iştirakçıları “EASA”nın standartlarına uyğun nəzəri və praktiki biliklər əldə edərək beynəlxalq aviasiya bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər kimi formalaşırlar.

Təlimin növbəti mərhələsində məzunlar Litvada yerləşən təlim mərkəzində “Airbus A320” tipli təyyarə üzrə hazırlıq keçərək tip üzrə ixtisaslaşma (“type rating”) sertifikatı əldə edəcəklər. Bütün mərhələləri uğurla tamamlayan pilotlar Azərbaycana qayıdaraq AZAL-da ikinci pilot kimi fəaliyyətə başlayacaqlar. Hazırda əlavə olaraq 25 pilot Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində, 65 pilot isə Türkiyədə yerləşən təlim mərkəzində hazırlıq proqramlarında iştirak edir.
 

MAA məzunları bu proqrama seçim mərhələsində Azərbaycana dəvət olunmuş beynəlxalq ekspertlər tərəfindən keçirilən “SkyTest” imtahanında iştirak edirlər. İmtahan namizədlərin psixoloji hazırlığını və motorik bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır, yekun seçim isə “SkyTest” ekspert rəyləri əsasında həyata keçirilir.


Qeyd edək ki, AZAL-ın uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq aviaşirkətin donanması dinamik şəkildə genişləndirilir. Bu proses çərçivəsində milli aviadaşıyıcı sərnişinlərə təhlükəsiz və komfortlu səyahət təcrübəsi təqdim etmək məqsədilə yerli pilot heyətinin sayının artırılmasına və onların beynəlxalq standartlara uyğun hazırlanmasına xüsusi önəm verir.

2032-cı ilədək AZAL-ın hazırda 25 təyyarədən ibarət donanmasının sayının 50 təyyarəyədək genişləndirilməsi, 280-ə yaxın olan pilot heyətinin sayının isə ən azı iki dəfə artırılması nəzərdə tutulur. Bu, aviaşirkətin dayanıqlı inkişafı və insan kapitalına yatırımlarının mühüm tərkib hissəsidir.

Yola düşən gənc pilotlarla bağlı videonu buradan izləyə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

Bakıda restoranda yanğın – VİDEO

Bakıda restoranda yanğın – VİDEO

BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO

BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO

Əli Əsədovdan avtomobillərin duracaq və qarajları haqqında QƏRAR

Əli Əsədovdan avtomobillərin duracaq və qarajları haqqında QƏRAR

“Bitcoin”in qiyməti 86 min dollardan aşağı endi

“Bitcoin”in qiyməti 86 min dollardan aşağı endi

Toyda döyülən şəxs xəstəxanada VƏFAT ETDİ

Toyda döyülən şəxs xəstəxanada VƏFAT ETDİ

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

End of content

No more pages to load

RADİO